Hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqi layihəsi üzrə ilk plenar iclas keçirilib


Hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqi layihəsi üzrə ilk plenar iclas keçirilib


2019-cu il fevral ayının 13-də Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiya, Asiya İnkişaf Bankı və “Azərbaycanın hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqi” layihəsini həyata keçirən yerli və xarici məsləhətçilərin birgə təşkilatçılığı ilə qeyd edilən layihənin icrası çərçivəsində ilk plenar iclas keçirilib.



İclasın panel sessiyalarında hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasının əhəmiyyətliliyi, hasilat sənayesində benefisiar sahiblik terminin əsas elementləri, Azərbaycan Respublikasının qanunvericiliyində qeyd edilən terminin mövcud və təklif edilən təriflərinin mümkün variantları, layihənin həyata keçirilməsində beynəlxalq təcrübənin tətbiqi və bir sıra digər məsələlər müzakirə ediləcəkdir.

İclasda hökumət üzvləri, beynəlxalq təşkilatların, diplomatik nümayəndəliklərin, hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlərin nümayəndələri, vətəndaş cəmiyyəti iştirak edir.

Azərbaycanda hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair Yol Xəritəsinin tətbiqi barədə daha ətraflı məlumatla qeyd edilən linkdə- https://oilfund.az/fund/relations/b tanış olmaq olar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu