Azexport portalı "Rəqəmsal ödənişlərin inkişafı" mövzusunda təlim keçirib- FOTOLAR


Azexport portalı "Rəqəmsal ödənişlərin inkişafı" mövzusunda təlim keçirib-


Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azexport.az portalı və VİSA İnternationalın birgə təşkilatçılığı ilə "Rəqəmsal ödənişlərin inkişafı" mövzusunda təlim keçirilib. Təlim mərkəzi ofisi Vaşingtonda yerləşən Visa School of Public Policy (VSPP) institutunun ekspertləri tərəfindən aparılıb.



25 dən artıq sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirak etdiyi təlimin keçirilməsində başlıca məqsəd, VİSA İnternationalın rəqəmsal və nağdısız ödənişlərin inkişafı istiqamətində dünyada tətbiq etdiyi yeniliklərin Azərbaycan sahibkarları ilə də bölüşərək elektron ticarət dövriyyəsinin daha da sürətləndirilməsi üçün maarifləndirməni təmin etməkdir.

Qeyd edək ki, Visa İnternational və İİTKM arasında imzalanan əməkdaşlıq haqqında Memorandum çərçivəsində xüsusi ilə iqtisadiyyatın rəqəmsallaşdırılması istiqamətində bir sıra birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bunlardan “Visa Touch” texnologiyasının tətbiqi, nəqliyyat və ticarət sistemində kontaktsız kartların tətbiqi o cümlədən “Apple Pay”, “Google Pay” və “Samsung Pay” platformalarının Azərbaycana gətirilməsini qeyd etmək olar.

Təlimin sonunda iştirakçılara VSPP tərəfindən sertifikatlar təqdim edilib.

Azexport portalı "Rəqəmsal ödənişlərin inkişafı" mövzusunda təlim keçirib-
Azexport portalı "Rəqəmsal ödənişlərin inkişafı" mövzusunda təlim keçirib-
Azexport portalı "Rəqəmsal ödənişlərin inkişafı" mövzusunda təlim keçirib-
Azexport portalı "Rəqəmsal ödənişlərin inkişafı" mövzusunda təlim keçirib-
Azexport portalı "Rəqəmsal ödənişlərin inkişafı" mövzusunda təlim keçirib-
Azexport portalı "Rəqəmsal ödənişlərin inkişafı" mövzusunda təlim keçirib-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu