SON DƏQİQƏ
- Afiq Səfərov 12 il çalışdığı "Azərsun"dan ayrılmasının səbəbini açıqlayıb
- Brüsseldə keçiriləcək Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq
- Prezident Xəzərin statusuna dair Konvensiyanı təsdiqlədi
- Ermənilər məşhur Azərbaycanlı jurnalisti öldürmək istəyir- “Bəlkə də bu, sonuncu müraciətimdir” (VİDEO)
- Kənd Təsərrüfatı Nazirliyində Xocalı faciəsi anılıb
- Azərbaycanda meşələr çəpərə alınacaq
- Rusiyalı hərbi ekspert: “Ermənistan işğal etdiyi torpaqları qaytarmalıdır”
- Millət vəkili Kamaləddin Qafarov seçicilərlə görüşüb- FOTOLAR
- "Azercell"in KSM strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb
- "Azərbaycan-Slavyan Gənclərinin I Forumu" öz işinə başlayıb- FOTOLAR
- Regionlarda tikilən ən böyük içməli sutəmizləyici qurğu bu il istismara veriləcək
- Bakıda körpünün üstündə maşın aşıb
Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib
Tarix: 14-02-2019, 13:54 | Xəbər oxunub: 514 dəfə
Bu gün Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Tədqiqatlar Mərkəzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib.
AFN "Report”a istinadən xəbər verir ki, təqdimat nazir müavini İlhamə Qədirovanın iştirakı ilə baş tutub.
O, qeyd edib, sistem bütün kənd təsərrüfatı proseslərini özündə ehtiva edir: "Bu, fermerlərə çıxışı, səmərəliliyi və şəffaflığı təmin edəcək”.
Nazir müavininin sözlərinə görə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi aqrar sektorun digər dövlət qurumları ilə əlaqəli şəkildə inkişafına kömək edəcək.
KTN-in İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov isə bildirib ki, fermerlər yeni sistemdə qeydiyyatdan keçərək şəxsi kabinetlərini yarada biləcəklər: "Fermer torpaq sahəsini, əkəcəyi məhsulu, gözlədiyi məhsuldarlıq göstəricisini qeyd edəcək. Ölkə üzrə 400 min fermer məlumatlarını daxil etdikdən sonra biz biləcəyik ki, Azərbaycanda nə əkilir".
Bundan başqa, V.Hüseynovun sözlərinə görə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi fermerlərə nə əkməkdə qərar verməyə də kömək edəcək: "Sistemin gələcək inkişaf üçün planlama işlərinin əsasını təşkil edəcək analitik hesabatların hazırlanması və modellərin qurulması, müasir dövrün əsas tələbi olan "Big Data”nın yaradılması imkanları var. Bu sistem vasitəsilə vətəndaşlar subsidiya üçün də müraciət edə bilərlər”.
Diqqətinizi çəkə biləcək digər xəbərlər