Azərbaycanda vergi amnistiyası TƏKLİF EDİLDİ-TÖVSİYƏLƏR


Azərbaycanda vergi amnistiyası


Azərbaycanda sahbkarlıq və vergi mühitinin daha da yaxşılaşdırmaq üçün ölkədə bir sıra əlavə tədbirlərə ehtiyac var. Bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) prezidenti Nuran Kərimov bildirib. Tədbirdə tövsiyyələrn səsləndirən Nuran Kərimov bildirib ki,

(1) Vergi qanunvericiliyinə dəyişikliklərin qəbul edilməsi ilə onların tətiqi arasında vaxt azdır, bu vaxt artırılmalıdır: «Sahibkarlar vaxt tapmalıdırlar ki, bu dəyişikliyə hazırlansınlar».

(2) Azərbaycanda uçot haqqında çox danışılır və biz də gəlir və xərclərin uçotunun səlis aparılmasını istəyirik. Azərbaycanda fərqli fəaliyyət sahələri ilə bağlı uçot qaydaları var və onlara yenidən baxılmalıdır. Bu qaydalarda çoxsaylı bürokratik tələblər var, kağız formsında sənədlər tələb edilir və onları toplamaq sahibkarlar üçün vaxt itkisidir. Ona görə də təklif edirik ki, həmin sənədlər kağız formaları əvəzinə elektron formalarda hazırlansın.

Eləcə də bax: Şirkətlər bu yenilikdən həvəslə istifadə edirlər – SƏFƏR MEHDİYEV

(3) Azərbaycanda beynəlxalq mühasibat uçotu standartlarının tətbiqinə başlanmalıdır.

(4) İş adamları ilə təmaslar göstərir ki, şəffaflıqla bağlı təkliflərə baxmayaraq xüsusi vergi güzəştərinə və amnistiyaya müraciət etmək pis olmazdı. Dünya praktikası da göstərir ki, belə amnistiyanın böyük tövhəsi ola bilər: «Məsələn, qonşu Rusiyada artıq 3 ildir ki, amnistiya gedir, artıq orada 10 milyardlarla dollar aktivlər açıqlanıb və qeydiyyata düşüb. Ümid edirəm ki buna myvafiq oorqanlar baxarlar».

(5) İş adamlarının daşa bir istəyi vergi qanunvericiliyinə dəyişikliklərini proqnozlaşdırıla bilən olmasıdır: «İş adamları istəyir bilsinlər ki, vergi qanunvericiliyinin əsas istiqamətləri əvvəlcədən məlum olsun ki, bu da ölkənin investisiya cəlbediciliyinə daha böyük dəstək olardı».



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu