Vergi ödəyiciləri üçün yeni xidmət yaradılıb


Vergi ödəyiciləri üçün yeni xidmət yaradılıb


Vergilər Nazirliyi vergi ödəyiciləri üçün yeni elektron xidmət istifadəyə verib.



Bu xidmət vasitəsilə onlar ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məlumat ala biləcəklər.

Bunun üçün Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi saytında (www.e-taxes.gov.az) yaradılan ayrıca bölməyə daxil olaraq şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini və yaxud şəxsiyyət vəsiqəsinin FİN kodunu müvafiq xanalara daxil etmək lazımdır. Bununla da cəmi bir toxunuşla vergi ödəyicisi ölkədən çıxışına qadağa qoyulub-qoyulmaması ilə bağlı məlumatı əldə edə bilər.

Bu elektron xidmətdən istifadə etmək üçün aşağıdakı linklərə daxil olun:

http://www.taxes.gov.az/modul.php?name=pagespage=abroad

https://www.e-taxes.gov.az/ebyn/new/#/olkedengetmeMehdudiyyet



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu