Azərbaycan Beynəlxalq Valyuta Fondunun standartını tətbiq etdi


Azərbaycan Beynəlxalq Valyuta Fondunun standartını tətbiq etdi


Azərbaycan Beynəlxalq Valyuta Fondunun (BMF) “Ümumi Məlumatların Yayılması Sisteminin (Enhanced Data Dissemination Systemi E-GDDS)” tövsiyələrini həyata keçirib. Bu barədə rəsmi məlumat yayan BVF-in internet səhifəsində “Ölkə üzrə Məlumatlar Məcmusunda” (National Summary Data Page-NSDP) Azərbaycan üzrə mühüm statistik məlumatlar dərc edilib.



Qeyd edək ki, E-GDDS Beynəlxalq Valyuta Fondu tərəfindən 2015-ci ildə təsis edilib və statistik məlumatların şəffaflığının təkmilləşdirilməsi, statistikanın inkişafının təşviq edilməsi və yayılan məlumatların istifadəyə yararlılığının təmin edilməsi məqsədini daşıyır.

İİTKM-in analitiki Vüsalə Cəfərova bildirib ki, “Ölkə üzrə Məlumatlar Məcmusunda”, milli hesablar, monetar və fiskal sektor, tədiyyə balansı və digər sahələr üzrə əsas makroiqtisadi məlumatların birbaşa olaraq bir mənbədən əldə edilməsini təmin etməklə “bir pəncərə məlumat portalı” funksiyasını yerinə yetirir: “NSDP Azərbaycan Dövlət Statistika Komitəsinin internet səhifəsində nəşr olunmaqla BVF-nin “Statistik Məlumatların Yayımlanması Standartları Bülleteni” arasında birbaşa əlaqəni təmin edir. NSDP Statistik Məlumatlar Bazası və Metadata Mübadiləsindən istifadə etməklə Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və Azərbaycan Mərkəzi Bankı tərəfindən dərc olunan statistikalara dair istinadları təmin edir. NSDP vasitəsilə zəruri makroiqtisadi məlumatların dərc edilməsi investorlar və reytinq agentlikləri də daxil olmaqla yerli və xarici istifadəçilərin maraqlarına uyğundur. Bu sistem iqtisadi vəziyyət və iqtisadi siyasəti izləmək üçün əhəmiyyətli məlumatlara asanlıqla daxil olmağa imkan verəcəkdir. Bu məlumatlar həm insan, həm də xüsusi maşınlar tərəfindən oxunula bilən formatlarda asanlıqla əldə edilir, istifadəçilərə vaxtında məlumatların əldə edilməsinə və məlumatların şəffaflığının artırılmasına imkan verir.”

Azərbaycan Beynəlxalq Valyuta Fondunun standartını tətbiq etdi


BVF-nin Statistika Departamentinin Direktoru Luis Mark Duşarme Azərbaycanda statistikanın inkişafında bu addımın mühüm əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, "Əminəm ki, Azərbaycan statistika sisteminin daha da inkişaf etdirilməsi üçün e-GDDS-dən bir çərçivə kimi istifadə edəcəkdir".

Vüsalə Cəfərova əlavə edib ki, bu islahat Prezident Ilham Əliyevin 13 iyul 2016-ci il tarixli “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrası istiqamətində atılmış əhəmiyyətli addımdır. Ətraflı məlumatla təqdim edilən link vasitəsi ilə tanış olmaq mümkündür: https://bit.ly/2EuRkNJ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu