ARDNF-nin gəlirləri və xərcləri barədə məlumatın açıqlanması hansı səbəbdən gecikdirilir?


ARDNF-nin gəlirləri və xərcləri barədə məlumatın açıqlanması hansı səbəbdən gecikdirilir?


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il üzrə gəlir və xərclərinə dair məlumatı ötən il fevral ayın 8-də açıqlamışdır.



AFN xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu bildirib. O qeyd edib ki, bu gün artıq fevralın 25-dir, amma nədənsə həmişə məlumatları vaxtında açıqlayan ARDNF hələ də 2018-ci il üzrə gəlir və xərclərinə dair məlumatı ictimaiyyətə təqdim etməyib:

"ARDNF İcraçı direktorunun 13 mart 2017-ci il tarixli 3 nömrəli Sərəncamı ilə təsdiq edilmiş informasiya siyasətinin məqsədinə uyğun olaraq, qanunvericiliklə və bu sənədlə açıqlanması nəzərdə tutulan bütün məlumatların vaxtlı-vaxtında, dəqiq və düzgün formada açıqlanmasının və ictimaiyyət üçün əlçatan olmasının təmin edilməsi Fondun əsas vəzifələrindən biridir. Görünən odur ki, xüsusilə də dövlət idarəçiliyində ildən ilə irəli getmək əvəzinə geriləyirik.
Məlumat üçün qeyd edim ki, ARDNF tərəfindən gəlirlər və xərclərə dair sonuncu açıqlama 4 ay 10 gün bundan öncə 16 oktyabr 2018-ci ildə ötən ilin 9 aylıq yekunları üzrə olub".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu