İİTKM problemli kreditlərin həllinə həsr olunan “Video icmal” hazırlayıb


İİTKM problemli kreditlərin həllinə həsr olunan


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Video icmal”ı problemli kreditlərin həllinə həsr olunub. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədilə Fərman imzalayıb.

Fərmana əsasən kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla), habelə Əmanətlərin Sığortalanması Fondunun ləğvedici kimi təyin edildiyi ləğvetmə prosesində olan banklarla fiziki şəxslər arasında bağlanmış müqaviləyə əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Video icmal”ında Fərmanın əsas məqamları vizual olaraq izah olunub.

“Video icmal”la iqtisadiislahat.org saytındakı İcmallar bölümündən həmçinin qeyd olunan link vasitəsi ilə tanış olmaq olar:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu