Pərviz Şahbazov Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə görüşüb

Xəbərin çap versiyası
Tarix: 17-03-2019, 15:29    |    Xəbər oxunub: 516 dəfə
Pərviz Şahbazov Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə görüşüb


Bakıda “OPEC plus” ölkələri Nazirlərinin birgə Monitorinq Komitəsinin 13-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.



Energetika naziri “OPEC plus” ölkələrinin iclasında iştirak etdiyinə görə Xalid Əbdüləziz Əl Falihə təşəkkürünü bildirdi. Nazir bu əməkdaşlıq formatını neft qiymətlərinin sabitləşməsi və bazarda balansın qorunmasında səmərəli və çevik mexanizm kimi qiymətləndirdi. Neft sənayesində bir çox ilklərin məkanı kimi Azərbaycanın neft bazarının tənzimlənməsi prosesində iştirakından və “OPEC plus” ölkələrinin tədbirinə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib. Pərviz Şahbazov eyni zamanda “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Səudiyyə Ərəbistanın səylərini və ümumi məqsəd naminə fəaliyyətini yüksək qiymətləndirib.

Xalid Əbdüləziz Əl Falih Prezident İlham Əliyevin “OPEC plus” formatının yaradılmasında liderlik rolunu və Azərbaycanın fəal iştirakını, neft bazarının tənzimlənmə prosesinə töhfəsini xüsusi qeyd edib. İlin sonuna kimi bazarda tələb- təklif tarazlığının gözlənilməsi və qiymətlərdə volatilliyin aradan qaldırılması üçün “OPEC plus” iştirakçılarının öhdəliklərini yerinə yetirmələrinin vacibliyini vurğulayıb.

Görüşdə 2019-cu ildə neftə qlobal tələbat və OPEC ölkələrində gözlənilən hasilat, fevral ayı üzrə öhdəliklərin icra vəziyyəti, eləcə də qlobal iqtisadiyyatın inkişaf dinamikası ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı həmçinin iki ölkə arasında enerji sahəsində yeni əməkdaşlıq əlaqələri, “Saudi Aramco” şirkətinin fəaliyyəti və digər məsələlər də müzakirə edilib.

Pərviz Şahbazov Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə görüşüb
Pərviz Şahbazov Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə görüşüb

Pərviz Şahbazov Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə görüşüb





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Yanğınla əlaqədar olaraq Qara Qarayev prospektində nəqliyyatın hərəkətində sabah da məhdudiyyət olacaq

Yanğınla əlaqədar olaraq Qara Qarayev prospektində nəqliyyatın hərəkətində sabah da məhdudiyyət olacaq

Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb-

Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb- Şəhidimiz var

Fransa mətbuatı Mehriban Əliyevadan yazdı

Fransa mətbuatı Mehriban Əliyevadan yazdı

Yanğınla əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət davam edir

Yanğınla əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət davam edir

"Diqlas”ın ikinci şəriki Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevdir

""Diqlas"-ın sahibi FHN generalından da güclü birisi olub"- Ekspert ticarət mərkəzindəki yanğına görə FHN-i tənqid elədi

FHN-in rəisindən “Diqlas” rəhbərliyinə ağır ittiham

FHN-in rəisindən “Diqlas” rəhbərliyinə ağır ittiham

Əmək, məşğulluq və sosial müdafiə sahəsində çalışan əməkdaşlar üçün xarici dil kursları təşkil olunub

Əmək, məşğulluq və sosial müdafiə sahəsində çalışan əməkdaşlar üçün xarici dil kursları təşkil olunub

Avropa bankı Azərbaycanda bərpa olunan enerji sahəsinə dəstək verəcək

Avropa bankı Azərbaycanda bərpa olunan enerji sahəsinə dəstək verəcək

İlham Əliyev yenidən qurulan “Bakmil” metro stansiyasında yaradılan şəraitlə tanış olub-

İlham Əliyev yenidən qurulan “Bakmil” metro stansiyasında yaradılan şəraitlə tanış olub- FOTOLAR

1450 manat maaşla 5 villa, çox saylı mülklər alan icra başçısı-

1450 manat maaşla 5 villa, çox saylı mülklər alan icra başçısı- VİDEO+FOTOLAR

Sabahın olan hava proqnozu açıqlanıb

Sabahın olan hava proqnozu açıqlanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur