Şəmkirdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib

Xəbərin çap versiyası
Tarix: 19-03-2019, 11:49    |    Xəbər oxunub: 589 dəfə
Şəmkirdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib


Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.



Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayilli, Astara, Biləsuvar,Saatlı, Kürdəmir, Xaçmaz, Siyəzən rayonlarının ardınca növbəti səyyar satış mart ayının 18-də Şəmkir rayonunun Çənlibel kəndində baş tutub. Səyyar satış zamanı Çənlibel və ətraf kəndlərdən 55 vətəndaş müraciət edərək 22,850 ton ammonium nitrat, 9 ton nitroammafoska, 600 kq ammofos ümumilikdə 32,450 ton mineral gübrə ediblər.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə ediblər.

Sabah mart ayının 19-da Qazax rayonunun Alpout kəndində növbəti səyyar satış keçiriləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Dollar kreditləri ilə bağlı daha bir problem -

Dollar kreditləri ilə bağlı daha bir problem - Ekspert MBNP-ni ifşa etdi

"Rabitəbank"ın riskli gələcəyi:

İlham Əliyevdən Milli Mətbuat Günü paylaşımı-

İlham Əliyevdən Milli Mətbuat Günü paylaşımı-

DGK-nın bəzi gömrük ödənişləri “ASAN ödəniş” sistemində

DGK-nın bəzi gömrük ödənişləri “ASAN ödəniş” sistemində

“Hakimiyyət ciddi dəyişikliklərdən çəkinir…” -

“Hakimiyyət ciddi dəyişikliklərdən çəkinir…” - “KİVDF ləğv olunmalıdır”

Əli Həsənovun xanımının məhkəməyə gəlməsi tələb olunur

Əli Həsənovun xanımının məhkəməyə gəlməsi tələb olunur

Yol polisi deputatı özündən çıxardı:

Yol polisi deputatı özündən çıxardı: “Mənim toxunulmazlıq hüququm var”

Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə!

Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə!

Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür

Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür

230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb

230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb

Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir:

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir: 4 minə yaxın mənzillərin çıxarışı hazırdır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur