Pərviz Şahbazov “OPEC plus” tədbiri çərçivəsində bir sıra görüşlər keçirib- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 19-03-2019, 11:55    |    Xəbər oxunub: 571 dəfə
Pərviz Şahbazov “OPEC plus” tədbiri çərçivəsində bir sıra görüşlər keçirib-


Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov OPEC prezidenti Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, Birləşmiş Ərəb Əmirliklərinin energetika və sənaye naziri Suheyl əl-Mazrui, İraqın baş nazirinin müavini, neft naziri Tamer əl-Qadban və Əlcəzairin “Sonatrach” neft və qaz şirkətinin icraçı direktoru Əbdülmömin Uld Qaddur ilə görüşüb.



Görüşdə neft hasilatının məhdudlaşdırılması ilə bağlı dekab qərarının neft bazarına təsiri və ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib. Energetika naziri Pərviz Şahbazov “OPEC plus” formatında əməkdaşlığın bütün neft ölkələri üçün əhəmiyyətindən danışaraq, bu tədbirdə iştirakına görə təşəkkür edib.

Manuel Kevedo Fernandes Venesuelada neft hasilatının kəskin azalmasının qarşısını almaq üçün tədbirlər görüldüyünü, ixrac bazarlarının diversifikasiyası üzərində işlədiklərini diqqətə çatdırıb. Hindistana neft ixracının dayandığını deyən nazir Rusiya və Çinin əsas istiqamətlər kimi nəzərdən keçirildiyini bildirib.

Görüşdə Venesuelanın Dövlət Neft Şirkəti ilə əməkdaşlıq məsələlərinə dair də fikir mübadiləsi aparılıb.

BƏƏ-nin energetika və sənaye naziri Suheyl əl-Mazrui ilə görüşdə isə energetika sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib. Qaz və bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalında xərclərin azaldılması və səmərəliliyə nail olunmasında BƏƏ-nin təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bu istiqamətdə birgə əməkdaşlıq edilməsi təklif edilib. Görüşdə həmçinin bərpa olunan enerji sahəsində “Masdar” şirkəti ilə əlaqələrin intensivləşdirilməsinin vacibliyi də qeyd olunub.

İraqın baş nazirinin müavini, neft naziri Tamer əl-Qadban görüşdə İraq-Azərbaycan münasibətlərindən söz açılıb, iki ölkənin neft-qaz sahəsində əməkdaşlıq əlaqələrindən bəhs edilib. “OPEC plus” formatı çərçivəsində əməkdaşlıq, SOCAR vasitəsilə İraq mənşəli, eləcə də bu istiqamətdə xam neft və neft məhsullarının dünya bazarına təchizatı, neft-qaz mütəxəssislərinin Azərbaycanda hazırlanması kimi məsələrdən danışılıb.

Pərviz Şahbazov Azərbaycanın qədim neft diyarı olduğunu, həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr və neft gəlirlərinin idarə olunması üçün yaradılmış Dövlət Neft fondunun Fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

İraqın neft naziri isə öz ölkəsinin neft sənayesində qazandığı uğurlardan danışıb, dünya bazarında neftin qiyməti ilə bağlı tendensiyalar, İraqın OPEC-dəki fəaliyyəti haqqında məlumat verib. İraqın neft sənayesində modernləşmə və reabiltasiya tədbirlərinin prioritet olduğu qeyd edilib.

Energetika naziri Pərviz Şahbazov Əlcəzairin “Sonatrach” neft və qaz şirkətinin icraçı direktoru Əbdülmömin Uld Qaddurun rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb. Pərviz Şahbazov bildirib ki, Azərbaycan və Əlcəzair hökumətləri arasında neft-qaz sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmaq üçün hazırdır və bu sənəd karbohidrogen layihələri, neft-kimya sənayesi, LNG və neft məhsullarının nəqli və satışı kimi bir çox istiqamətdə əməkaşlığı genişləndirəcək.

Pərviz Şahbazov “OPEC plus” tədbiri çərçivəsində bir sıra görüşlər keçirib-
Pərviz Şahbazov “OPEC plus” tədbiri çərçivəsində bir sıra görüşlər keçirib-
Pərviz Şahbazov “OPEC plus” tədbiri çərçivəsində bir sıra görüşlər keçirib-
Pərviz Şahbazov “OPEC plus” tədbiri çərçivəsində bir sıra görüşlər keçirib-
Pərviz Şahbazov “OPEC plus” tədbiri çərçivəsində bir sıra görüşlər keçirib-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib-

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib- Azərbaycanda ilk

Qənirə Paşayeva BDU-da

Qənirə Paşayeva BDU-da "Kəpənək effekti" layihəsi çərçivəsində geniş çıxış edib və gənclərə çağırış edib

Binəqədinin yol dərdi...

Binəqədinin yol dərdi...

Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

Əlilliklə bağlı göndərişləri Dövlət Agentliyi rəsmiləşdirəcək

Əlilliklə bağlı göndərişləri Dövlət Agentliyi rəsmiləşdirəcək

Bacı 25 ildir qardaşını zəncirdə saxlayır?-

Bacı 25 ildir qardaşını zəncirdə saxlayır?- Yeni təfərrüatlar

Ruhi dispanserə yerləşdirilən Britni Spirsin son görüntüləri-

Ruhi dispanserə yerləşdirilən Britni Spirsin son görüntüləri- FOTOLAR

Finlandiya Meteorologiya İnstitutunun mütəxəssisləri MHD-də treninq keçirib

Finlandiya Meteorologiya İnstitutunun mütəxəssisləri MHD-də treninq keçirib

23 yaşlı qızın intiharının dəhşətli təfərrüatı:

23 yaşlı qızın intiharının dəhşətli təfərrüatı: Atası çatsa da, saxlaya bilməyib-VİDEO

Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb

Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur