19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

Xəbərin çap versiyası
Tarix: 19-03-2019, 15:22    |    Xəbər oxunub: 580 dəfə
19 mart hərracı:


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 19 mart tarixində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirildi. Özəlləşdirmə hərracında 11 dövlət əmlakı üzrə 14 sifarişçi iştirak etdi. Bu dövlət əmlaklarından biri Şamaxı rayonu, Şəhriyar qəsəbəsindəki "Şamaxı Dəmir Beton" səhmdar cəmiyyətidir. Dövlət əmlakının nizamnamə kapitalındakı səhmlərinin 30%-i həcmində səhm paketi iştirakçı tərəfindən özəlləşdirildi. Dəmir-beton məmulatlarının istehsalı üzrə fəaliyyət göstərən dövlət müəssisəsinin ərazisinə sement anbarı, armatur, beton və digər materialları hazırlayan sexlər aiddir.



Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrinə Şamaxıdakı Qaleybuğurd Yardımçı Kənd Təsərrüfatı, Şirvan şəhərindəki Mexanizasiya Sahəsi və digər dövlət obyektləri aiddir. Qeyd edək ki, bu dövlət əmlakları torpaq sahələri ilə birgə özəlləşdirildi. Mingəçevir şəhəri, Gəncə şosesindəki kiçik dövlət müəssisəsinin ümumi faydalı sahəsi 203.4 kv.m-dir. Adıçəkilən dövlət əmlakı müxtəlif xidmət sahələri üzrə investora gəlir qazandıra bilər.

Qeyri-yaşayış sahələri isə paytaxtda və Daşkəsən şəhərində yerləşir. Xətai rayonu, Neapol küçəsindəki bu növ dövlət obyektinin ümumi faydalı sahəsi 133.8 kv.m-dir. Daşkəsən şəhəri, Mədənçilər qəsəbəsindəki qeyri-yaşayış sahəsinin isə ümumi faydalı sahəsi 43.7 kv.m-dir. Özəlləşən nəqliyyat vasitələrindən birinin buraxılış tarixi 2007-ci ildir. QAZ-3102 markalı bu avtomobilə ümumilikdə 4 sifariş verilmişdir.

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac 27 mart tarixində keçiriləcək. Hərraca ümumilikdə 96 dövlət əmlakı çıxarılıb. Bu dövlət əmlaklarından 57-si kiçik dövlət müəssisə və obyekti, 23-ü səhmdar cəmiyyəti, 14-ü qeyri-yaşayış sahəsi, 2-si isə yarımçıq tikilidir. Özəlləşməyə çıxarılan dövlət əmlakları ilə tanış olmaq və sifariş vermək istəyən şəxslər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

19 mart hərracı:





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib-

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib- Azərbaycanda ilk

Qənirə Paşayeva BDU-da

Qənirə Paşayeva BDU-da "Kəpənək effekti" layihəsi çərçivəsində geniş çıxış edib və gənclərə çağırış edib

Binəqədinin yol dərdi...

Binəqədinin yol dərdi...

Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

Əlilliklə bağlı göndərişləri Dövlət Agentliyi rəsmiləşdirəcək

Əlilliklə bağlı göndərişləri Dövlət Agentliyi rəsmiləşdirəcək

Bacı 25 ildir qardaşını zəncirdə saxlayır?-

Bacı 25 ildir qardaşını zəncirdə saxlayır?- Yeni təfərrüatlar

Ruhi dispanserə yerləşdirilən Britni Spirsin son görüntüləri-

Ruhi dispanserə yerləşdirilən Britni Spirsin son görüntüləri- FOTOLAR

Finlandiya Meteorologiya İnstitutunun mütəxəssisləri MHD-də treninq keçirib

Finlandiya Meteorologiya İnstitutunun mütəxəssisləri MHD-də treninq keçirib

23 yaşlı qızın intiharının dəhşətli təfərrüatı:

23 yaşlı qızın intiharının dəhşətli təfərrüatı: Atası çatsa da, saxlaya bilməyib-VİDEO

Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb

Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur