“Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın Portalı təqdim olundu


“Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın Portalı təqdim olundu


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni internet Portalının təqdimatı" mövzusunda konfrans keçirib.



Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azranking.az Portalı vasitəsilə idarəetməni elektron qaydada həyata keçirəcək. Komissiyanın işçi qruplarının fəaliyyətinin əlaqələndirilməsi, iclas və görüşlərin təşkil edilməsi, daxili məlumatların və müvafiq sənədlərin mübadiləsi də yeni internet platforması üzərindən reallaşacaq. Bundan başqa, Azranking.az portalında beynəlxalq reytinqlər üzrə bütün məlumatlar, metodologiya, qiymətləndirmə və eyni zamanda, reytinq üzrə qiymətləndirilən bütün ölkələrin Azərbaycan ilə illər üzrə müqayisəli təhlil sistemi və digər funksiyalar mövcuddur.

Portal Komissiyanın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumatların ictimaiyyət, eləcə də, kütləvi informasiya vasitələrində şəffaf və əlçatan olaraq yayılmasını təmin etmək məqsədi daşıyır. Azərbaycan və İngilis dillərində fəaliyyət göstərən Portalda Komissiya haqqında ümumi məlumat, qanunvericilik bazası, fəaliyyət, reytinqlər, müqayisə, onlayn müraciət və əlaqə bölümləri yer alıb.

“Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni internet Portalının təqdimatı" mövzusunda konfrans zamanı Prezident İlham Əliyevin rəhbərliyilə İnvestorların maraqlarının qorunması, elektron məhkəmə, biznesə başlama, tikinti icazələri, elektrik şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış və əmlakın qeydiyyatı, habelə vergi və gömrük sahəsində aparılan islahatlara dair təqdimatlar olub.

Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi Vüsal Şıxəliyev, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, ədliyyə nazirinin müavini Azər Cəfərov, Beynəlxalq Maliyyə Korporasiyası ölkə üzə nümayəndəliyin rəhbəri Aliyə Əzimova, Vergilər nazirinin müavini İlkin Vəliyev, Energetika nazirinin müavini Samir Vəliyev, Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev, “PWC Azerbaijan” şirkətinin idarəedici partnyoru Mövlan Paşayev, AMCHAM-ın prezidenti Nuran Kərimov və Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Naveed Naqvi çıxışlar ediblər. Konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "İslahat icmalı"nın yeni buraxılışını təqdim edib. Komissiyanın yeni internet Portalı ilə https://azranking.az/ linki vasitəsi ilə tanış olmaq mümkündür.

“Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın Portalı təqdim olundu
“Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın Portalı təqdim olundu
“Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın Portalı təqdim olundu
“Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın Portalı təqdim olundu



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu