Azərbaycan martda gündəlik 798 min barrel neft hasil edib


Azərbaycan martda gündəlik 798 min barrel neft hasil edib


Respublikada mart ayı üzrə gündəlik neft hasilatı 798 min barrel olub. Bunun 714 min barrelini xam neft, 84 min barrelini kondensat təşkil edib. Gündəlik 586 min barrel xam neft, 84 min barrel kondensat, 19,7 min barrel isə neft məhsulları ixrac edilib.

AFN xəbər verir ki, Energetika Nazirliyi mart ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, cari ilin I rübü ərzində orta gündəlik neft hasilatı 799 min barrel təşkil edib.

2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu