Hərrac proseduru elektron mühitdə: bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarılıb

Xəbərin çap versiyası
Tarix: 15-04-2019, 15:14    |    Xəbər oxunub: 555 dəfə
Hərrac proseduru elektron mühitdə:


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil edilən növbəti hərrac 14 may tarixində keçiriləcək.

Komitədən AFN-ə verilən məlumata görə, hərrac iştirakçısı olmaq istəyən şəxslərin hərracda 58 dövlət əmlakı üzrə seçim etmək imkanı var. Bu dəfə vətəndaşlar seçimlərini 15 səhmdar cəmiyyəti, 31 kiçik dövlət müəssisə və obyekti, 5 yarımçıq tikili və qeyri-yaşayış sahəsi, 7 nəqliyyat vasitəsi üzrə apara bilər.

Özəlləşdirməyə çıxarılan kiçik dövlət müəssisələrinin yerləşdiyi regionlar, fəaliyyət sahələri və qiymətləri müxtəlifdir. Bu kateqoriyaya aid olan dövlət əmlaklarının ümumi faydalı sahələri 7.5 kv.m ilə 9.2 min kv.m arasındadır. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Ən geniş torpaq sahəsi olan kiçik dövlət müəssisəsi Salyan rayonu, Peyk kəndindəki Yüksəliş yardımçı təsərrüfatıdır. Obyektin torpaq ərazisinin ümumi sahəsi 975 min kv.m-dir. İmişli şəhəri, H.Aslanov küçəsindəki Təmir-Tikinti Sahəsinin ümumi faydalı sahəsi 137.1 kv.m-dir. Bu dövlət obyekti 1864 kv.m-lik torpaq sahəsi ilə birgə hərraca çıxarılıb.

Qeyri-yaşayış sahələri Bakı və Gəncə şəhərlərində yerləşir. Paytaxtın Səbail rayonu, S.Vurğun küçəsindəki obyektin ümumi faydalı sahəsi 22.2 kv.m-dir. Xidmət obyekti kimi istifadə imkanı olan digər qeyri-yaşayış sahəsi isə Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsindədir. Bu dövlət əmlakının ümumi faydalı sahəsi 29.4 kv.m-dir.

Müxtəlif rayonlardakı səhmdar cəmiyyətlərinin 30-45%-lik səhm paketləri də hərraca çıxarılıb. Şirkətlər nəqliyyat, təmir-tikinti, sənaye və digər sahələr üzrə fəaliyyət göstərir. Bunlara misal olaraq “Xudat Kəndnəqliyyat”, “Kürdəmir Aqrotexservis”, “Nəvahi” kimi dövlət əmlaklarını göstərə bilərik.

Nəqliyyat vasitələrinin isə buraxılış tarixləri 1994-2007 illəri əhatə edir. Qeyd edək ki, bu kateqoriyadan olan dövlət əmlakları Nissan, Mercedes, Rexton və digər markalara aiddir.

Özəlləşdiriləcək dövlət əmlaklarının tam siyahısı ilə tanış olmaq və elektron sifariş vermək istəyənlər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Əmlak Məsələləri Dövlət Komitəsi hər kəsi canlı və onlayn formada hərraclarda iştirak etməyə və ya prosesi ziyarətçi kimi izləməyə dəvət edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Dollar kreditləri ilə bağlı daha bir problem -

Dollar kreditləri ilə bağlı daha bir problem - Ekspert MBNP-ni ifşa etdi

"Rabitəbank"ın riskli gələcəyi:

İlham Əliyevdən Milli Mətbuat Günü paylaşımı-

İlham Əliyevdən Milli Mətbuat Günü paylaşımı-

DGK-nın bəzi gömrük ödənişləri “ASAN ödəniş” sistemində

DGK-nın bəzi gömrük ödənişləri “ASAN ödəniş” sistemində

“Hakimiyyət ciddi dəyişikliklərdən çəkinir…” -

“Hakimiyyət ciddi dəyişikliklərdən çəkinir…” - “KİVDF ləğv olunmalıdır”

Əli Həsənovun xanımının məhkəməyə gəlməsi tələb olunur

Əli Həsənovun xanımının məhkəməyə gəlməsi tələb olunur

Yol polisi deputatı özündən çıxardı:

Yol polisi deputatı özündən çıxardı: “Mənim toxunulmazlıq hüququm var”

Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə!

Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə!

Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür

Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür

230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb

230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb

Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir:

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir: 4 minə yaxın mənzillərin çıxarışı hazırdır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur