İri taxılçılıq təsərrüfatlarına texnika güzəştli şərtlərlə satılacaq


 İri taxılçılıq təsərrüfatlarına texnika güzəştli şərtlərlə satılacaq


Kənd Təsərrüfatı Nazirlyində iri taxılçılıq təsərrüfatları və aqroparkların nümayəndələri ilə görüş keçirilib.

AFN xəbər verir ki, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə keçirilən görüşdə əsasən taxıl biçininə hazırlıq, kombayn və texnikalarla təminat məsələləri müzakirə olunub.

Görüşdə iri taxılçılıq təsərrüfatlarının nümayəndələrinin diqqətinə çatdırılıb ki, bu il başlayacaq taxıl biçini mövsümündən etibarən “Aqrolizinq” ASC-nin balansında olan kombayn və texnikalar vasitəsilə ilk növbədə 50 hektara qədər sahəsi olan fermerlərin taxıl sahələrinin biçilməsinə üstünlük veriləcək. Yalnız bundan sonra iri taxılçılıq təsərrüfatlarına xidmət göstəriləcək. Görüşdə aqropark nümayəndələrinə lizinq yolu ilə öz kombaynlarını əldə etmək tövsiyə olunub.

Tədbirdə vurğulanıb ki, iri taxılçılıq təsərrüfatları hazırda Azərbaycanda kənd təsərrüfatı texnikasının satışı ilə bağlı mövcud olan yeni qaydalara əsasən dövlət tərəfindən 40 faiz güzəşt tətbiq olunmaqla, 20 faiz ilkin ödəniş əsasında, yerdə qalan hissəni isə uzunmüdətli, faizsiz kredit əsasında “Aqrolizinq” ASC və ya özlərinin istədikləri təchizatçı şirkətlərdən əldə edə bilərlər.

Görüşün sonunda iri taxılçılıq təsərrüfatlarının təmsilçiləri ilə bu movzu ətrafında fikir mübadiləsi aparılıb, onların sualları ətraflı cavablandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu