Aslanlının bankından 9 milyon "çəkiblər"- “Bank Avrasiya” “aradan çıxır”?

Xəbərin çap versiyası
Tarix: 3-05-2019, 12:28    |    Xəbər oxunub: 623 dəfə
Aslanlının bankından 9 milyon "çəkiblər"-


Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq rəhbəri Rüfət Aslanlının bankı kimi tanınan “Bank Avrasiya” nın maliyyə göstəriciləri getdikcə pisləşir. İlk baxışdan hətta elə gəlir ki, bank yavaş-yavaş “aradan çıxır”. Hazırda bu bankı ölkənin bank sektorundakı ən zəif həlqələrdən biri də hesab etmək olar.

“AzPolitika.info“nun məlumatına görə, ötən il R.Aslanlı vəzifəsindən uzaqlaşdırılan kimi, bankın ilin sonuna olan maliyyə göstəricilərində zəifləmə müşahidə olunmağa başladi. Bəlkə də bunu təsadüfi hal hesab etmək olardı. Lakin 2019-cu ilin birinci üç ayının maliyyə nəticələri göstərir ki, burada təsadüfi heç nə yoxdur. Ona görə ki, göstəricilər bankdakı geriləmənin daha da artdığını və dərinləşdiyini deməyə əsas verir.

2019-cu ilin 1-ci rübünə olan hesabata baxdıqda görürük ki, bankın cəmi aktivləri və cəmi öhdəlikləri kəskin şəkildə azalıb. “Bank Avrasiya”nın 2018-ci ilin analoji dövrü ilə müqayisədə bu ilin birinci rübündə cəmi aktivləri 6 mln. 869 min manat azalaraq 155 mln. 347 min manata enib. Bankın cəmi öhdəlikləri isə təxminən 9 milyon(8 mln. 697 min manat) həcmində azalıb və cəmi 91 mln. 305 min manat təşkil edib.
Bankın öhdəliklərindəki azalma ilk növbədə müştəri depozitlərinin azalıması ilə əlaqədardır. Belə ki, hesabat dövründə müştəri depozitləri 9 mln. 221 min manat və ya 27 faiz azalaraq, 23 mln. 890 min manata enib.

Aslanlının bankından 9 milyon "çəkiblər"-


Bu o deməkdir ki, müştərilər bankdan 9 milyon manatdan artıq pullarını çəkiblər. İstər-istəməz belə təəssürat yaranır ki, R.Aslanlı vəzifəsindən kənarlaşdırılandan və ətrafında yaranan müxtəlif qalmaqallardan sonra müştərilərin banka münasibətində mənfi mənada ciddi dəyişiklik baş verib. Çünki qısa müddətdə 9 milyon manatdan artıq depozitin geri çəkilməsini başqa səbəblə izah etmək olduqca çətindir.

“Bank Avrasiya” nın maliyyə durumunun ürəkaçan olmadığını göstərən daha bir məqam bankın mənfəətinin kəskin şəkildə azalmasıdır. Belə ki, 2019-cu ilin birinci rübündə bankın xalis mənfəəti demək olar ki, 0-a yaxın olub – cəmi 14 min manat.

Qeyd edək ki, “Bank Avrasiya”nın 2018-ci ilin yekunlarını əks etdirən hesabatına diqqət yetirəndə görünür ki, bankın 2018-ci ildə mənfəəti 2017-ci illə müqayisədə 1 milyon 168 min manat azalıb. O cümlədən bankın qeyri-faiz gəlirləri kəskin şəkildə azalaraq, 3 milyon 314 min manatdan 1 milyon 425 min manata enib.

Qeyri-faiz gəlirləri əsasən valyuta mübadiləsindən, kartlardan, komissiya haqlarından və s. yığılan vəsaitlər hesabına formalaşır. Bu o deməkdir ki, ya ötən il bankın xidmətlərindən istifadə edən qurumların sayında, ya da valyuta mübadiləsindən daxil olan gəlirlərdə ciddi azalma olub. İstənilən halda, qeyri-faiz gəlirlərinin 2 dəfədən çox azalması bir bank üçün olduqca mənfi tendensiyadır. Həmçinin, bankın qeyri-faiz xərcləri də artaraq, 4 milyon 634 min manatdan 5 milyon 5 min manata qalxıb.

FUADXatırladaq ki, rəsmi olaraq, “Bank Avrasiya”nın İdarə Heyətinin sədri olan Fuad Aslanlı Rüfət Aslanlının kiçik qardaşıdır və 2007-ci ildən bu vəzifəni daşıyır.

Elə həmin ilin əvvəlində də Rüfət Aslanlı Milli Bankın İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunmuşdu və bu dövrü Aslanlının “çiçəklənmə” dövrü hesab etmək olar.

Hazırda isə sabiq məmurun taleyilə bağlı müəmma davam etməkdədir. Çünki vəzifədən kənarlaşdırılan R.Aslanlının ölkədən çıxışına qadağa qoyulduğu barədə məlumatlar yayılandan sonra Baş prokuror yanında Korupsiyaya Qarşı Mübarizə Baş İdarəsi rəsmi olaraq, onun barəsində araşdırma aparıldığını bəyan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qənirə Paşayeva Qusarda sərhəd mühafizəçiləri ilə görüşüb -

Qənirə Paşayeva Qusarda sərhəd mühafizəçiləri ilə görüşüb - FOTOLAR

İqbal Məmmədovun Türkiyədə də şirkəti var-

İqbal Məmmədovun Türkiyədə də şirkəti var- həbs olunan qardaşı oğlunun adınadır

Azərbaycanın dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötüb

Azərbaycanın dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötüb

Prezident 1 fərman, 2 sərəncam imzaladı

Prezident 1 fərman, 2 sərəncam imzaladı

ASGA sədrinin Leyla Əliyevaya müraciəti öz nəticəsini verdi:

ASGA sədrinin Leyla Əliyevaya müraciəti öz nəticəsini verdi: “SƏDƏRƏK YUSİF”in “DEKA” şirkəti məhkəməyə verildi

Vilayət Eyvazov əsgərlərlə nahar etdi -

Vilayət Eyvazov əsgərlərlə nahar etdi - FOTOLAR

Dava salan deputatın oğluna cinayət işi açıldı-

Dava salan deputatın oğluna cinayət işi açıldı- 3 AYLIQ HƏBS VERİLDİ

Sabunçuda Rəsulzadənin adı küçədən götürülüb? -

Sabunçuda Rəsulzadənin adı küçədən götürülüb? - AÇIQLAMA

Ədliyyə Nazirliyi Rüstəm İbrahimbəyovun səlahiyyətlərini tanıdı

Ədliyyə Nazirliyi Rüstəm İbrahimbəyovun səlahiyyətlərini tanıdı

Deputat İqbal Məmmədov “Relax”da baş verənlərlə bağlı açıqlama yayıb

Deputat İqbal Məmmədov “Relax”da baş verənlərlə bağlı açıqlama yayıb

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirib

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirib

Cəmi 972 manat vergi ödənilmişdi-

Cəmi 972 manat vergi ödənilmişdi- "Relaks" qalmaqalı ilə bağlı RƏSMİ AÇIQLAMA

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur