Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının növbəti toplantısı keçirilib

Xəbərin çap versiyası
Tarix: 10-05-2019, 18:42    |    Xəbər oxunub: 538 dəfə
Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının növbəti toplantısı keçirilib


Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının növbəti toplantısı keçirilib.



Toplantıda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov Fermerlər Şurasını çox faydalı format adlandırıb. Nazir ölkənin qabaqcıl, təcrübəli fermerləri bir araya gətirən bu formatda aparılan müzakirələrin mühüm əhəmiyyət kəsb etdiyini deyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar islahatların davam etdiyini deyən nazir Fermerlər Şurasının üzvlərini görülən son işlərlə bağlı məlumatlandırıb.

Görüşdə fevral ayında keçirilmiş iclasda qaldırılmış məsələlərin icra vəziyyəti barədə hesabat dinlənilib. İştirakçılara Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi istiqamətində görülən işlər, dövlət güzəşti tətbiq edilən kənd təsərrüfatı texnikası siyahısının genişləndirilməsi, taxıl biçini zamanı kombayn çatışmazlığının aradan qaldırılması üçün qəbul olunmuş yeni qərarlar barədə geniş məlumat verilib.

Fermerlər Şurasının üzvləri aqrokimya laboratoriyalarının fəaliyyəti, texnikaların yeni qaydalarla satışı, kooperativlərin yaradılması zərurəti, əkin zamanlı sertifikatlı toxumdan istifadə, gübrənin güzəştli qiymətlərlə səyyar satışı, aqrar xidmətlərin elektronlaşdırılması, meliorasiya problemləri, pambıq səpininin gedişi və s. məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Tanınmış fermerlərdən Əlibala Səlimov, Sevil Osmanova, İldırım Məmmədov, Rafət Abbasov, Bəydabə Vəliyev və digərləri Fermerlər Şurasının gələcək inkişaf planları ilə bağlı fikirlərini bölüşüb, şura üzvlərinin regionlarda fəaliyyətlərinin artırılması ilə bağlı rəy və təkliflərini irəli sürüblər.

Toplantının sonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurasına yeni üzvlər qəbul olunub. Qeyd edək ki, Fermerlər Şurasının tərkibinin üçdə bir hissəsi 6 aydan bir rotasiya qaydasında yenilənir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Səfər Mehdiyev yenə

Səfər Mehdiyev yenə "problem yoxdur" deyir, amma...

Rusiya səfirliyinin qarşısında aksiya: saxlanılanlar var

Rusiya səfirliyinin qarşısında aksiya: saxlanılanlar var

“Nar”ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib-

“Nar”ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib- FOTOLAR

Səhnə “Bizim Don Kixot”undur

Səhnə “Bizim Don Kixot”undur

Tereza Mey istefasını açıqladı:

Tereza Mey istefasını açıqladı: Yeni namizədlərin adı bəllidir

İnsan alverinə qarşı mübarizə mövzusu bu dəfə Neftçalada izah edilib –

İnsan alverinə qarşı mübarizə mövzusu bu dəfə Neftçalada izah edilib – FOTOLAR

Paşinyanın arvadı Cavid İsmayılın sualı qarşısında çaşdı

Paşinyanın arvadı Cavid İsmayılın sualı qarşısında çaşdı

Azərbaycanla Rusiya arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycanla Rusiya arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Restrukturizasiya oluna kreditlərdə zaminliyə xitam veriləcəkmi?-

Restrukturizasiya oluna kreditlərdə zaminliyə xitam veriləcəkmi?- ŞƏRH

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Baş Nazirin müavini:

Baş Nazirin müavini: "Cümhuriyyəti quranlar minnətdarlıq hissi ilə yad edilir"

Neft və qaz sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı İşçi qrupunun iclası keçirilib

Neft və qaz sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı İşçi qrupunun iclası keçirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur