Hərracda geniş seçim: 102 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı

Xəbərin çap versiyası
Tarix: 13-05-2019, 13:43    |    Xəbər oxunub: 524 dəfə
Hərracda geniş seçim:


Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərraclara çıxarılan dövlət əmlakları yerləşdiyi ərazi, sahə, təyin olunan hərrac qiyməti və digər xüsusiyyətlər baxımından müxtəlifdir. Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri iyunun 11-i keçiriləcək.

Komitədən AFN-ə verilən məlumata görə, fərqli sahələr üzrə ümumilikdə 102 dövlət əmlakı budəfəki hərraca çıxarılıb. Qeyd edək ki, onlardan 40-ı kiçik dövlət müəssisə və obyekti, 19-u qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 14-ü nəqliyyat vasitəsi, 6-sı isə yarımçıq tikilidir.

Bu dəfə hərraca çıxarılan kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 12 kv.m ilə 3 min 101 kv.m arasındadır. Onlar arasında torpaq sahəsi ilə birgə özəlləşdirilən dövlət əmlakları kifayət qədərdir. Bu tip obyektlərin ilkin hərrac qiymətləri həm torpaq sahəsi və tikili üzrə ayrıca, həm də ümumi formada qeyd olunub. Uğurlu fəaliyyət potensialı olan dövlət əmlaklarından biri Gəncə şəhərində yerləşən kinoteatrdır. Nizami rayonu, Cavadxan küçəsindəki bu obyektin ümumi faydalı sahəsi 143 kv.m-dir. Dövlət əmlakının fəaliyyətinin müasir formada bərpası onu xidmət sahəsində gəlirli obyektə çevirə bilər. Qeyd edək ki, kiçik dövlət müəssisəsi 978.7 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 9.2 kv.m ilə 127.4 kv.m arasındadır. Biznes fəaliyyəti üzrə ofis və ya xidmət obyekti axtaran şəxslər bu dövlət əmlakları üzrə seçim edə bilər. Qeyri-yaşayış sahələrindən 9-u paytaxtda, 3-ü Sumqayıtda, digərləri isə Gəncə, Bərdə, Daşkəsən, Ağdam və Şirvandadır.

Özəlləşdirilməsi nəzərdə tutulan səhmdar cəmiyyətləri Bakı, Mingəçevir, Yevlax, Ağcabədi kimi şəhər və rayonlarda yerləşir. Bu səhmdar cəmiyyətlərin 30-45%-lik intervalda səhm paketləri prosesə çıxarılıb.

11 iyun hərracında vətəndaşların istehsal tarixi 1985-2009-cu illər olan nəqliyyat vasitələri üzrə seçim imkanı var. Volkswagen, UAZ, VAZ və digər markalara aid avtomobillərin ilkin hərrac qiymətləri 2 min manat ilə 7 min 500 manat arasındadır.

Hərracda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytından (emdk.gov.az) və Özəlləşdirmə portalından (privatization.az) dövlət əmlakları üzrə seçim edə bilər. Seçdiyi dövlət əmlakı üzrə keçiddə qeydiyyatdan keçib, ilkin qiymətin 10%-ni ödəyən şəxs hərracda iştirak statusu qazanır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Səfər Mehdiyev yenə

Səfər Mehdiyev yenə "problem yoxdur" deyir, amma...

Rusiya səfirliyinin qarşısında aksiya: saxlanılanlar var

Rusiya səfirliyinin qarşısında aksiya: saxlanılanlar var

“Nar”ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib-

“Nar”ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib- FOTOLAR

Səhnə “Bizim Don Kixot”undur

Səhnə “Bizim Don Kixot”undur

Tereza Mey istefasını açıqladı:

Tereza Mey istefasını açıqladı: Yeni namizədlərin adı bəllidir

İnsan alverinə qarşı mübarizə mövzusu bu dəfə Neftçalada izah edilib –

İnsan alverinə qarşı mübarizə mövzusu bu dəfə Neftçalada izah edilib – FOTOLAR

Paşinyanın arvadı Cavid İsmayılın sualı qarşısında çaşdı

Paşinyanın arvadı Cavid İsmayılın sualı qarşısında çaşdı

Azərbaycanla Rusiya arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycanla Rusiya arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Restrukturizasiya oluna kreditlərdə zaminliyə xitam veriləcəkmi?-

Restrukturizasiya oluna kreditlərdə zaminliyə xitam veriləcəkmi?- ŞƏRH

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Baş Nazirin müavini:

Baş Nazirin müavini: "Cümhuriyyəti quranlar minnətdarlıq hissi ilə yad edilir"

Neft və qaz sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı İşçi qrupunun iclası keçirilib

Neft və qaz sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı İşçi qrupunun iclası keçirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur