Bugünkü hərracda hansı dövlət əmlakları özəlləşdirilib?

Xəbərin çap versiyası
Tarix: 14-05-2019, 13:50    |    Xəbər oxunub: 579 dəfə
Bugünkü hərracda hansı dövlət əmlakları özəlləşdirilib?


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 14-ü növbəti hərrac keçirilib.

Komitədən AFN-ə verilən məlumata görə, hərracda kiçik dövlət müəssisə və obyektləri, yarımçıq tikili və nəqliyyat vasitələri özəlləşdirilib.

Ən yüksək ümumi faydalı sahəsi olan kiçik dövlət müəssisəsi Tovuz rayonu, Əyyublu kəndində yerləşir. Dövlət əmlakının birlikdə özəlləşdirildiyi torpaq sahəsi 2054 kv.m, tikilinin ümumi faydalı sahəsi isə 763.5 kv.m-dir. İştirakçı kiçik dövlət müəssisəsini 33 min manata özəlləşdirdi. Oğuz rayonu, Calut kəndindəki dövlət müəssisəsinin də geniş torpaq ərazisi mövcuddur. Belə ki, ümumi faydalı sahəsi 66 kv.m olan tikili 2645 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirilib. İsmayıllı rayonu, Əhən kəndində tikintisi yarımçıq qalmış inzibati binanın torpaq sahəsi 3259 kv.m-dir. İştirakçı həmin dövlət əmlakını 6 min 500 manata özəlləşdirdi.

Nəqliyyat vasitələrinin özəlləşdirilməsi üzrə budəfəki hərrac rəqabətli keçdi. Belə ki, buraxılış tarixi 2004 olan “Mercedes Benz” markalı avtomobil üçün ilkin qiymət 6 min manat təyin olunmuşdur. Nəqliyyat vasitəsinin hərracında 4 sifarişçinin fəal iştirakı son qiyməti 10 min 200 manata yüksəltdi. Digər nəqliyyat vasitələrindən birinin istehsal ili 2005, markası isə “Nissan Maxima”-dır. Başlanğıc qiyməti 3 min manat olan avtomobili qalib iştirakçı 5 min manat təklif edərək özəlləşdirdi.

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac 21 may tarixində keçiriləcək. İnvestorlar növbəti hərracda 19 səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketləri üzrə seçim edə bilər. Səhmdar cəmiyyətlərindən 8-i inşaat, 6-sı aqrar, 5-i isə sənaye, nəqliyyat və xidmət sektorlarına aiddir.

Əmlak Məsələləri Dövlət Komitəsi sifarişçilərlə bərabər, prosesə marağı olan şəxslərin hərraclarda canlı və onlayn formada iştirakını təmin edir. Belə ki, açıq hərraclara olduğu yerdən qoşulmaq istəyən hər kəs təyin olunan vaxtda müvafiq linkə daxil ola bilər (e-emdk.gov.az/eHerrac/Home/Presentation). Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda əlçatan xidmətlər və müasir şərait vətəndaş məmnunluğunun artırılmasına yönəlib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qənirə Paşayeva Qusarda sərhəd mühafizəçiləri ilə görüşüb -

Qənirə Paşayeva Qusarda sərhəd mühafizəçiləri ilə görüşüb - FOTOLAR

İqbal Məmmədovun Türkiyədə də şirkəti var-

İqbal Məmmədovun Türkiyədə də şirkəti var- həbs olunan qardaşı oğlunun adınadır

Azərbaycanın dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötüb

Azərbaycanın dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötüb

Prezident 1 fərman, 2 sərəncam imzaladı

Prezident 1 fərman, 2 sərəncam imzaladı

ASGA sədrinin Leyla Əliyevaya müraciəti öz nəticəsini verdi:

ASGA sədrinin Leyla Əliyevaya müraciəti öz nəticəsini verdi: “SƏDƏRƏK YUSİF”in “DEKA” şirkəti məhkəməyə verildi

Vilayət Eyvazov əsgərlərlə nahar etdi -

Vilayət Eyvazov əsgərlərlə nahar etdi - FOTOLAR

Dava salan deputatın oğluna cinayət işi açıldı-

Dava salan deputatın oğluna cinayət işi açıldı- 3 AYLIQ HƏBS VERİLDİ

Sabunçuda Rəsulzadənin adı küçədən götürülüb? -

Sabunçuda Rəsulzadənin adı küçədən götürülüb? - AÇIQLAMA

Ədliyyə Nazirliyi Rüstəm İbrahimbəyovun səlahiyyətlərini tanıdı

Ədliyyə Nazirliyi Rüstəm İbrahimbəyovun səlahiyyətlərini tanıdı

Deputat İqbal Məmmədov “Relax”da baş verənlərlə bağlı açıqlama yayıb

Deputat İqbal Məmmədov “Relax”da baş verənlərlə bağlı açıqlama yayıb

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirib

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirib

Cəmi 972 manat vergi ödənilmişdi-

Cəmi 972 manat vergi ödənilmişdi- "Relaks" qalmaqalı ilə bağlı RƏSMİ AÇIQLAMA

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur