Azərbaycan iqtisadiyyatı 2,1% böyüyüb


Azərbaycan iqtisadiyyatı 2,1% böyüyüb


Bu ilin yanvar-aprel aylarında ölkədə 23 813,4 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1% çox ümumi daxili məhsul istehsal edilib.



Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, ÜDM istehsalının 46,5%-i sənayenin, 9,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,6%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9%-i tikintinin, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 14,6%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9%-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2 411,8 manata bərabər olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu