Elektron formada hərraca qoşulmaq imkanı: özəlləşməyə 80 dövlət əmlakı çıxarıldı

Xəbərin çap versiyası
Tarix: 24-06-2019, 14:31    |    Xəbər oxunub: 543 dəfə
Elektron formada hərraca qoşulmaq imkanı:


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsində müasir üsulların tətbiqi hər kəsin prosesdə iştirakına şərait yaradır. Onlayn formada seçim, sifariş prosedurları və elektron hərrac sisteminin tətbiqi ilə investorlar olduğu məkandan hərraca qoşula bilir. Bu imkanlar özəlləşdirməyə marağı artırmaqla yanaşı, vaxta qənaəti, hərraclarda şəffaf mühiti və rahat iştirakı təmin edir.



Komitənin təşkil etdiyi növbəti hərraclardan biri 23 iyul tarixində keçiriləcək. Bu hərraca ümumilikdə 80 dövlət əmlakı çıxarılıb. Hərracda investorlar 31 kiçik dövlət müəssisəsi və obyekti, 16 səhmdar cəmiyyəti, 29 nəqliyyat vasitəsi və 4 qeyri-yaşayış sahəsi üzrə seçim edə bilər. Respublikanın müxtəlif regionlarında yerləşən kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 7.5 kv.m və 9.2 min kv.m arasındadır. Obyektlərin qiymət intervalı üzrə də fərqlənməsi hər bir potensial investor üçün uyğun seçim imkanları yaradır. Qəbələ rayonu, Çuxur Qəbələ kəndindəki Anbar binasının ümumi faydalı sahəsi 78 kv.m-dir. Bu dövlət əmlakını hazırki fəaliyyət sahəsi ilə yanaşı, digər istiqamətdə xidmət obyekti kimi istifadə etmək mümkündür.

Hərraca çıxarılan qeyri-yaşayış sahələri Bakı, Gəncə, Beyləqan və Abşeronda yerləşir. Xidmət və ofis obyekti kimi istifadəyə imkan verən dövlət obyektlərindən biri Gəncə şəhərindədir. Ümumi faydalı sahəsi 47 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin hərrac qiyməti 7 min manatdır.

Budəfəki hərracda investorlar səhmdar cəmiyyətlərinin 30%-45%-lik səhm paketləri üzrə seçim edə bilər. “Yevlax yun”, “Daşkəsən Aqrotexservis”, “Salyan Kəndkimya” kimi səhmdar cəmiyyətləri müxtəlif şəhər və rayonlarda yerləşir.

Avtomobil almaq arzusunda olan şəxslərə isə istehsal ili 1995-2008 olan nəqliyyat vasitələri təklif olunur. Bu növ dövlət əmlakları Hyundai, Chevrolet, Daewoo və digər markalara aiddir, ilkin hərrac qiymətləri isə 1000 manat ilə 6 min manat arasındadır.

Hərraclara çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat əldə etmək və sifariş vermək üçün Özəlləşdirmə portalı (privatization.az) və ya Komitənin rəsmi saytına (emdk.gov.az) daxil olmaq kifayətdir.

Elektron formada hərraca qoşulmaq imkanı:
Elektron formada hərraca qoşulmaq imkanı:





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur