Avtomobillərin icbari sığorta məbləği artırıla bilər


Avtomobillərin icbari sığorta məbləği artırıla bilər


Avtomobil sahiblərinin mülkü məsuliyyətinin icbari sığorta məbləği artırıla bilər.8 il öncə qəbul edilən qanuna görə, bu məbləğ 5 min manat olsa da, dolların bahalaşmasından və ölkənin avtomobil parkında mənzərənin dəyişməsindən sonra bu məbləğ yetərincə hesab olunmur.



O baxımdan da həmin məbləğin artırılmasına baxıla bilər.

Bu barədə musavat.com-a açıqlama verən İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov bildirib. O qeyd edib ki, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə əlaqədar maksimum həcmi 5 min manatdır. Ancaq bu tarif 8 il əvvəl müəyyənləşdirilib. Hazırda ölkədə bahalı xarici avtomobillər çoxalıb. 8 il əvvəl 5 min manat da xarici valyuta ifadəsində daha böyük rəqəmlə ifadə olunurdu.

Ona görə də avtomobilə dəyən ziyanla bağlı maksimum 5 min manat tarifinə yenidən baxılması üzərində iş aparırıq. Bu istiqamətdə araşdırmalar aparılır və bu ayın sonunda mütəxəssislər məsələ ilə bağlı təkliflərini ortaya qoyacaqlar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu