Auditor yoxlaması “Amrah Bank”ın müflis olduğunu üzə çıxarıb

Xəbərin çap versiyası
Tarix: 25-06-2019, 16:42    |    Xəbər oxunub: 533 dəfə
Auditor yoxlaması “Amrah Bank”ın müflis olduğunu üzə çıxarıb


2018-ci ilin yekununda “Amrah Bank”ın öhdəlikləri aktivlərini üstələyib.

Bu, Bankın maliyyə fəaliyyəti ilə bağlı auditor yoxlamasından sonra məlum olub.

“Amrah Bank”ın audit hesabatına əsasən, bu ilin əvvəlinə Bank 199,864 milyon manatlıq cəmi aktivlərə, 210,919 milyon manatlıq cəmi öhdəliklərə malik olub. Son nəticədə kredit təşkilatının cəmi kapitalında 11,055 milyon manatlıq çatışmazlıq yaranıb (yəni, kapitalı mənfiyə düşüb). Bu isə faktiki müflislik deməkdir.

Xatırladaq ki, “Amrah Bank” bu ilin yanvar ayında açıqladığı balans hesabatında kapitalla bağlı problemin olmadığını bildirib. Belə ki, hesabatda Bankın cəmi aktivlərinin 230,33 milyon manat, cəmi öhdəliklərinin 203,929 milyon manat, cəmi kapitalının isə 26,401 milyon manat olduğu qeyd edilib. (Report)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur