Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər

Xəbərin çap versiyası
Tarix: 23-07-2019, 16:36    |    Xəbər oxunub: 549 dəfə
Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər


Azərbaycan “Doing Business” hesabatında “Biznesə başlama” meyarı üzrə cari ildə dünyanın ən yaxşıları sırasında yer almağı hədəfləyir. 2019-cu ilin hesabatına görə bu meyarda dünyanın ən yaxşı onluğu sırasına daxil olan ölkəmiz cari ildə biznesə start verilməsi qaydalarında bir sıra yeniliklər tətbiq etməklə mövcud prosedurları daha da asanlaşdırıb.



Məlum olduğu kimi, 2008-ci ildən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı “Bir pəncərə” prinsipi ilə Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. 2012-ci ildən etibarən isə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatı elektron formada həyata keçirilməyə başlanıb. 2018-ci ilin sonlarında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda edilmiş dəyişikliklər ölkəmizdə sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində əlverişli mühitin formalaşmasına müsbət təsir göstərərək yeni rəqəmsal elektron qeydiyyat sisteminin qurulması ilə nəticələnib.

2019-cu ildən hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosesi çox sadələşib. İslahatlar nəticəsində prosedurların sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyədək azaldılıb. Hüquqi şəxs olaraq biznesə başlamaq üçün tələb olunan maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib.

İslahata qədər elektron qeydiyyat yalnız Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilən elektron imza və ya Asan Sertifikat Xidməti Mərkəzi tərəfindən verilən “Asan imza” vasitəsilə həyata keçirilirdi. Cari ilin əvvəlindən başlayaraq hüquqi şəxsin dövlət qeydiyyatı, ƏDV qeydiyyatı və bank hesabının açılması cəmi bir prosedurla icra olunub tamamlanır. Beləliklə, qeydiyyatın həyata keçirilməsi üçün e-ərizənin elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb, həmçinin qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv olunub. Yeni xidmətdən yararlanan istifadəçilər elektron imza olmadan “İnternet Vergi İdarəsi”nə daxil olaraq elektron qeydiyyat sistemində FİN kod və mobil nömrə ilə indentifikasiyadan keçirlər.

“Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentin yeni redaksiyası “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda edilmiş dəyişikliklər nəzərə alınmaqla hazırlanıb və elektron hökumət portalında yerləşdirilib. Həmçinin bu yeni inzibati reqlamentə uyğun olaraq proqram təminatında müvafiq dəyişikliklər edilib və yeni xidmət 2019-cu ilin yanvar ayında istismara buraxılıb. Yeni proqram təminatının mobil operatorların elektron sistemi və əmək müqaviləsi bildirişlərinin qeydiyyatı sistemi ilə inteqrasiyası da təmin edilib.

Bu islahat vergi qanunvericiliyində sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan son dəyişikliklərin davamıdır və ölkədə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Qeyd edilməlidir ki, hazırda “Doing Business 2019” hesabatında Azərbaycan “Biznesə Başlama” indikatoru üzrə 190 ölkə arasında 9-cu yerdədir. “Doing Business 2019” hesabatında Azərbaycan üçün “Biznesə Başlama” indikatoru üzrə 3 prosedur, 3,5 gün və 18 manat xərc nəzərdə tutulmuşdur. Lakin 2019-cu ildə həyata keçirilmiş islahatlar nəticəsində biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət cəmi 1 prosedur çərçivəsində 0,5 gün ərzində onlayn qaydada qeydiyyata alınır.

Beləliklə, müvafiq meyarlarda əhəmiyyətli dəyişikliyə nail olunub. Bu isə onu deməyə əsas verir ki, aparılmış islahat ölkəmizin “Doing Business” hesabatında mövqelərinə müsbət təsir edəcəkdir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
İlham Əliyev İƏT-in Baş katibini qəbul edib

İlham Əliyev İƏT-in Baş katibini qəbul edib

Həftəsonu hava necə olacaq?

Həftəsonu hava necə olacaq?

Fransada G7 sammiti başlayır

Fransada G7 sammiti başlayır

Ağalar Vəliyevin müəmmalı sərvəti sərhədlərimizi aşıb:

Ağalar Vəliyevin müəmmalı sərvəti sərhədlərimizi aşıb: Fabrik, otel, zavod...

Cüdoçularımızın dünya çempionatında rəqibləri müəyyənləşdi

Cüdoçularımızın dünya çempionatında rəqibləri müəyyənləşdi

Arif Alışanovun qardaşı işdən çıxarıldı -

Arif Alışanovun qardaşı işdən çıxarıldı - Yeni təyinatlar

Hirkan Milli Parkında yanğın söndürüldü

Hirkan Milli Parkında yanğın söndürüldü

UEFA “Qarabağ”ı cərimələdi

UEFA “Qarabağ”ı cərimələdi

Deputat “razborka”ya görə tutulan oğlunu həbsdən çıxartdırmaq istəyir

Deputat “razborka”ya görə tutulan oğlunu həbsdən çıxartdırmaq istəyir

Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı -

Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı - SİYAHI+FOTOLAR

Şəhidin qardaşı intihar edib

Şəhidin qardaşı intihar edib

Könüllülər “Bakubus”da olublar -

Könüllülər “Bakubus”da olublar - FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur