Gömrük Komitəsinin ləğvi yenidən gündəmdə: Bu ilin sonuna qədər...

Xəbərin çap versiyası
Tarix: 27-07-2019, 18:06    |    Xəbər oxunub: 608 dəfə
Gömrük Komitəsinin ləğvi yenidən gündəmdə:


"Son vaxtlar tez-tez gömrük əməkdaşlarının 50-100 manat rüşvətə görə işdən çıxarılması faktlarının ictmialəşməsi əslində vəzifədə qalmaq üçün çabadır”.

Qaynarinfo-ya məsələ ilə bağlı danışan adının çəkilməsini istəməyən millət vəkillərindən birinin sözlərinə görə, Dövlət Gömrük Komitəsinin rəisi Səfər Mehtiyevin vəziyyəti elə də ürəkaçan deyil: "Bildiyiniz kimi, Azərbaycanda ən çox korrupsiyalaşmış sahələrdən biri məhz gömrük sistemidir. Bu sahədə rüşvətin həddi-hüdudu yoxdur deyənlər heç də yanılmırlar. Məsələ ondadır ki, Səfər Mehtiyev guya rüşvətin kökünü kəsmək üçün vəzifəyə gətirildi. Hər halda, belə bir rəy formalaşdırmağa çalışdı müəyyən dairələr. Lakin əslində yeni rəis əvvəlcədən gömrükdə rüşvətin başında dayananlardan idi. Cənab prezidentin gömrükdə rüşvətin kökünü kəsmək məqsədilə etdiyi təyinatın effekt vermədiyi artıq məlumdur. Bizdə olan məlumata görə, hətta xarici dairələrdən ölkə başçısına gömrükdə rüşvətin, haqsızlığın, süründürməçiliyin hələ də tüğyan etməsi ilə bağlı informasiya ötürülüb. Bu səbəbdən də artıq Gömrük Komitəsinin ləğv edilməsi məsələsi gündəmdədir”.

Maraqlıdır ki, redaksiyamıza belə bir məlumat daxil olan gün tanınmış ekspertlərdən olan Natiq Cəfərli də oxşar açıqlama ilə çıxış edib. O da bildirib ki, bu ilin sonuna qədər Gömrük Komitəsinin ləğv edilməsi gözlənilir. "İlin sonunadək qərar çıxacaq ki, ƏDV (Əlavə Dəyər Vergisi) toplanması Gömrük Komitəsindən alınsın, Vergilər Nazirliyinə verilsin. Bu qərardan bir müddət sonra Gömrük Komitəsi ayrıca qurum kimi ləğv edilib Vergilər Nazirliyinə veriləcək. Bizdə güclü, arxalı, klanlara söykənən nazirlik və dövlət qurumlarını həmən ləğv etmirlər, əvvəl səlahiyyətləri "sünnət” edirlər, gücdən salırlar, sonra qərar verirlər. Gömrüklə bağlı eyni prosedur başlayıb” – deyə ekspert qeyd edib.

İqtisadçı ekspert Nazim Bəydəmirlinin sözlərinə görə, iqtisadiyyatda vacib vergilərdən olan ƏDV-nin 2019-cu ildə 1804,0 mln manat olması gözlənilir: "2018-ci ilə nisbətən bu vergi üzrə 9 mln manat (0.5%) azalması proqnozlaşdırılıb. 2014-cü ilin dövlət büdcəsində 2139,0 mln manatla müqayisə etdikdə 335 milyon azalır (-18.6%). Demək ki, bizim iqtisadiyyatın əlavə dəyər yaratması azalacaq. Ancaq Gömrük Komitəsi xətti ilə idxaldan alınan ƏDV 2294,0 mln manatdır, 2014-cü ildə 1070,0 mln manat olub. Bu rəqəmlər iki məqamı özündə ifadə edir: bizim istehlakımız daha çox idxaldan asılıdır, bu proses getdikcə artır, gömrükdə ƏDV-nin artması əvvəlki illərdə nə qədər büdcədən vəsait yayındırıldığını göstərir, çünki bu ilin əvvəlindən gömrük statistikasının Vergilər Nazirliyi tərəfindən də aparılması vəsaitlərin toplanmalı olan həcminə aydınlıq gətirir. Gömrük Komitəsi büdcədən nə qədər "yayındırıb”? Bu, onu sübut edir ki, Gömrük Komitəsinin vəzifəsi olan daxili istehsalı qorumaq funksiyası yerinə yetirilməyib, bu açıq-aşkar gömrük siyasətinin iflasıdır. Bəzi insanlar gömrük proqnozlarının artıqlaması ilə yerinə yetirilməsini nailiyyət hesab edirlər, ancaq onun strukturuna baxdıqda görürsünüz ki, 65-70% idxaldan ƏDV-dir, ona görə dəfələrlə dediyimiz kimi, bir ölkədə vergi toplanması ilə bir neçə qurum məşğul olmamalıdır, bu işlə Vergilər Nazirliyi məşğul olmalıdır. Dünyanın heç bir yerində gömrük ayrıca mərkəzi icra hakimiyyəti kimi fəaliyyət göstərmir, xidmət kimi, prosedurları həyata keçirən bir departament kimi Maliyyə və ya Vergilər nazirliklərinin tərkibində olur. O baxımdan hesab edirəm ki, idarəetmədə regionçuluq, monopoliya kimi mənfi imic yaratmış Gömrük Komitəsi ləğv olunmalı, onun bazasında yaradılacaq xidmətin səlahiyyətləri Vergilər Nazirliyinin bir departamentindən yüksək olmamalıdır. Bu departamentin də vəzifəsi prosedur orqan olaraq sahibkarlığa xidmətlə məhdudlaşdırılmalıdır, bunun üçün lazımi institusional, struktur və kadr islahatları aparılmalıdır”.

Qaynarinfo-nun İqtisadiyyat şöbəsi




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Pilotun xanımı:

Pilotun xanımı: “Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?” - FOTOLAR

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Pediatr Mehriban Əliyevaya müraciət etdi:

Pediatr Mehriban Əliyevaya müraciət etdi: "Yersiz süni qida təyin edən həkimə cəza verilsin!"

"Aspor" idman kanalından Əbülfəz Elçibəyə böyük sayğı - VİDEO

Bakıda bazarda güclü yanğın başladı -

Bakıda bazarda güclü yanğın başladı - VİDEO

ADAU Şəmkirdə fermerlərə təlim keçib

ADAU Şəmkirdə fermerlərə təlim keçib

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı -

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı - TƏHLİL

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş –

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş – həm də 95 yaşında...

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə rəsmi münasibət-VİDEO

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur