Prezidentdən süni qiymət artımı ilə bağlı ciddi tapşırıq

Xəbərin çap versiyası
Tarix: 1-08-2019, 10:57    |    Xəbər oxunub: 540 dəfə
Prezidentdən süni qiymət artımı ilə bağlı ciddi tapşırıq


"Məndə olan məlumata görə, bizdə nağdsız ödənişlər hələ də aşağı səviyyədədir. Hesab edirəm ki, bu sahədə çox ciddi addımlar atılmalıdır."



Bu sözləri İyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədə prezident İlham Əliyev deyib. Ölkə başçısı ölkədə nağdsız ödənişlər artımı üçün xüsusi tapşırıq verib: "Çünki biz çalışmalıyıq ki, nağdsız ödənişlərin həcmi artsın. Posterminalların sayı da artmalıdır. Ancaq mənə verilən məlumata görə, onların sayı artmır. Bu problem öz həllini tapmalıdır. Çünki nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, kölgə iqtisadiyyatını qidalandırır. Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir. Bu gün burada verilən məlumat bunu göstərir ki, bu istiqamətdə önəmli addımlar atılıb. Yüz mindən çox əmək müqaviləsi bağlanıb. Halbuki bu insanlar əvvəllər kölgə iqtisadiyyatında fəaliyyət göstərirdilər. Nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, qəbuledilməzdir. Tapşırıq verirəm ki, bu məsələ təhlil edilsin və ciddi addımlar atılmalıdır. Nağdsız ödənişlərin ümumi həcmi Azərbaycanda 2 milyard 300 milyon dollardır. Elədir?

Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq ƏMİROV: Bəli, nağd çıxarılan məbləğlər istisna olmaqla.

Prezident İlham ƏLİYEV: Bu sahəyə çox ciddi diqqət göstərilməlidir.

Baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur. Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib -

İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL

Azərbaycanda jurnalist özünü yanan binadan atdı

Azərbaycanda jurnalist özünü yanan binadan atdı

Bakı polisi:

Bakı polisi: "Neftçi" azarkeşlərini stadiondan polis çıxartmayıb"

Ağdaşın icra başçısının sərvəti açıqlandı-

Ağdaşın icra başçısının sərvəti açıqlandı- SİYAHI+ŞİKAYƏT

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

Energetika naziri vətəndaşları qəbul edib -

Energetika naziri vətəndaşları qəbul edib - FOTOLAR

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

Bugünkü hərracda

Bugünkü hərracda 17 dövlət əmlakına 28 sifariş verilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur