Azərbaycan bütün qızıl ehtiyatlarını satdı

Xəbərin çap versiyası
Tarix: 5-08-2019, 11:05    |    Xəbər oxunub: 530 dəfə
Azərbaycan bütün qızıl ehtiyatlarını satdı


Azərbaycan bu ilin fevral ayında rəsmi qızıl ehtiyatlarının geri qalan 18 tonunu da satıb.



Bu barədə Ümumdünya Qızıl Şurası (World Gold Council) məlumat yayıb.

Şuranın avqustun 1-də yenilədiyi dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikası hesabatına görə, Azərbaycan qlobal reytinqdə yer almayıb.

Qeyd edək ki, yanvar ayında Azərbaycan 18 ton rəsmi qızıl ehtiyatlarına sahib olub və qlobal reytinqdə 63-cü sırada yer alıb. Ümumdünya Qızıl Şurasının hesabatına görə, Azərbaycan rəsmi qızıl ehtiyatlarını 2016-cı ilin sentyabr ayından etibarən satmağa başlayıb. Belə ki, sentyabr ayında satış həcmi 1 ton, oktyabrda 4,2 ton, noyabrda 3 ton, dekabr 2 ton, cari ilin yanvarında 2 ton və fevralda 18 ton təşkil edib. Yəni, Azərbaycan 6 ay ərzində bütün qızıl ehtiyatlarını satıb.

Xatırladaq ki, ARDNF martın 10-da Ümumdünya Qızıl Şurasının Azərbaycanın qızıl ehtiyatlarını satması ilə bağlı yaydığı məlumatın doğru olmadığını açıqlayıb. Qurumdan "Report”a ARDNF tərəfindən alınmış qızılın ümumi miqdarının 30,2 ton təşkil etdiyi bildirilib: "Alınmış qızıl Azərbaycana gətirilərək, saxlanması üçün Azərbaycan Mərkəzi Bankında yerləşdirilib. Ötən ildən etibarən qızılın ehtiyatda saxlanılması üçün AMB-nin xəzinəsindən hissə-hissə ARDNF-in xəzinəsinə köçürülməsinə başlanılıb. Fondun qızıl ehtiyatlarını satması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Hazırda Fond tərəfindən qızıl ehtiyatlarının satılması nəzərdə tutulmur". (Report)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi -

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi - VİDEO

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet -

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet - VİDEO+FOTOLAR

Lerikin məşhur istirahət mərkəzində otaqdan ilan çıxdı -

Lerikin məşhur istirahət mərkəzində otaqdan ilan çıxdı - FOTO

Göyçayda toy karvanında qəza:

Göyçayda toy karvanında qəza: 6 yaralı var

Vilayət Eyvazovdan yeni təyinatlar

Vilayət Eyvazovdan yeni təyinatlar

Jurnalist təyyarə qəzasında öldü

Jurnalist təyyarə qəzasında öldü

Etibar Pirverdiyevin şirkəti dar ayaqda -

Etibar Pirverdiyevin şirkəti dar ayaqda - "Bağda ərik qurtardı..."

Bakı polisindən xəbərdarlıq:

Bakı polisindən xəbərdarlıq: "Uşaq oğurluğu edən dilənçilər var"

Xəzərdə itkin düşən pilotumuzun görüntüləri yayıldı -

Xəzərdə itkin düşən pilotumuzun görüntüləri yayıldı - VİDEO

"ASAN Yay Festivalı" Gəncədə

Sentyabrın 1-dən kimlərin maaşı və pensiyası nə qədər artacaq? -

Sentyabrın 1-dən kimlərin maaşı və pensiyası nə qədər artacaq? - VİDEO

Vəkil sirrləri açdı:

Vəkil sirrləri açdı: MTN sabiq naziri necə tutub?

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur