Kənd Təsərrüfatı Nazirliyi yeni subsidiya mexanizmi ilə bağlı təlimlərə başlayıb

Xəbərin çap versiyası
Tarix: 6-08-2019, 13:08    |    Xəbər oxunub: 530 dəfə
Kənd Təsərrüfatı Nazirliyi yeni subsidiya mexanizmi ilə bağlı təlimlərə başlayıb


Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsi üzrə yeni qaydaların tətbiq edilməsi ilə bağlı təlimlərə başlayıb. Aqrar Kredit və İnkişaf Agentliyinin təşkil etdiyi təlimlərdə 60 rayonun Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri və nazirliyin müvafiq şöbələrinin əməkdaşları iştirak edəcək. 9 gün keçiriləcək təlimlərə 200 mütəxəssis qatılacaq. “Təlimçilərin təlimi” kimi hazırlanan bu mütəxəssislər həm öz çalışdıqları, həm də fermerlərə subsidiyaların verilməsi ilə əlaqəli olan digər qurumların əməkdaşlarının yeni mexanizmlə bağlı məlumatlandırılmasını təmin edəcəklər.



“Təlimləri keçirməkdə əsas məqsədimiz fermerlərlə birbaşa ünsiyyətdə olan əməkdaşların subsidiyaların ödənilməsi üzrə yeni qaydalarla tam məlumatlılığını təmin etməkdir. Bizim hər bir əməkdaşımız yerlərdə fermerlərin yeni subsidiya qaydaları ilə bağlı bütün suallarını cavablandıra bilməlidir” – Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” təsdiqlənib. Qaydaya görə, 2020-ci il yanvarın 1-dən etibarən, fermerlərə subsidiyaların ödənilməsi üçün sənədlər elektron sistem üzərindən yığılacaq, subsidiyaların maneəsiz, kənar müdaxilələr olmadan və sürətli verilməsi təmin ediləcək, təchizatçı və tədarükçülərin fermerlərlə tərəfdaşlığı şəffaflaşmış şəkildə aparılacaq. Yeni mexanizmlə fermerlərə subsidiyaların verilməsini, DAİM-lərin bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Aqrar Kredit və İnkişaf Agentliyinin həyata keçirir.

Kənd Təsərrüfatı Nazirliyi yeni subsidiya mexanizmi ilə bağlı təlimlərə başlayıb
Kənd Təsərrüfatı Nazirliyi yeni subsidiya mexanizmi ilə bağlı təlimlərə başlayıb
Kənd Təsərrüfatı Nazirliyi yeni subsidiya mexanizmi ilə bağlı təlimlərə başlayıb





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib -

İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL

Azərbaycanda jurnalist özünü yanan binadan atdı

Azərbaycanda jurnalist özünü yanan binadan atdı

Bakı polisi:

Bakı polisi: "Neftçi" azarkeşlərini stadiondan polis çıxartmayıb"

Ağdaşın icra başçısının sərvəti açıqlandı-

Ağdaşın icra başçısının sərvəti açıqlandı- SİYAHI+ŞİKAYƏT

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

Energetika naziri vətəndaşları qəbul edib -

Energetika naziri vətəndaşları qəbul edib - FOTOLAR

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

Bugünkü hərracda

Bugünkü hərracda 17 dövlət əmlakına 28 sifariş verilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur