Deputatın şirkəti cərimə edildi - Palatanın tələbi ilə


Deputatın şirkəti cərimə edildi -


Nərimanov Rayon Məhkəməsində "Aznur Trade” MMC-nin inzibati qaydada cərimələnməsi barədə qərar çıxarılıb.



Şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən tərtib etdiyi protokola əsasən cərimə edilib.

Qeyd edək ki, İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

"Aznur Trade” MMC Azərbaycanda "Belarusskiy” ticarət şəbəkəsini idarə edir. "Belarusskiy" mağazalar şəbəkəsində Belarusun istehsalı olan geniş çeşidli qida məhsulları satılır.

Xatırladaq ki, bu şirkət "Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Xanlar Fətiyevin biznes şəbəkəsinə daxildir. (Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu