Qubanın kəndində yaradılmış şirkət "Azərişıq"dan 19 milyon manatlıq sifariş aldı


Qubanın kəndində yaradılmış şirkət "Azərişıq"dan 19 milyon manatlıq sifariş aldı


"Azərişıq" ASC "Mal-materialların satın alınması" üzrə elan etdiyi növbəti tenderinin qalibini elan edib: "Qlobal-Elektro" MMC.



AFN "Marja"ya istinadən xəbər verir ki, 18 iyul 2019-cu il tarixində "Azərişıq" ASC "Qlobal-Elektro" MMC ilə müqavilə imzlayıb. Müqavilə müxtəlif kabellərin satın alınmasını nəzərdə tutur. Müqavilənin məbləği 18 milyon 774 min 346 mantdır. Bu tədarükçü məhsulun Azərbaycandakı istehsalçısı deyil.

"Qlobal-Elektro" MMC-nin hüquqi ünvanı Quba rayonunun Nugədi kəndidir. 10 manat kapitala malik şirkətin direktoru Nazim Quliyevdir.

"Qlobal-Elektro" MMC 2018-ci ilin may ayında dövlət qeydiyyatına alınıb.

"Azərişiq" bu il Aprelində də "Qlobal-Elektro" MMC-dən 1 milyon 46,4 min manatlıq müxtəlif məhsullar satın alıb.

İndiyədək "Azərişıq" ASC "Qlobal-Elektro" MMC ilə ümumi məbləği 21 milyon 742 min manat olan 6 müqavilə imzalayıb.

"Azərişıq" "Qlobal-Elektro" MMC-dən ofis ləvazimatları, hətta avtomobil ehtiyat hissələri də satın alıb.

“QLOBAL-ELEKTRO” kabellə bərabər proqram təminatı da satır

Sentyabr ayında da dövlət elektrik paylayıcı şirkəti "Azərişıq" "Qlobal-Elektro" MMC ilə iki müqavilə bağlayıb.

Müqavilələrə görə, "Qlobal-Elektro" MMC "Azərişıq" ASC-yə "İşə davamiyyət və giriş-çıxış nəzarəti" və "Satınalma və sifarişlrin idarə olunması" üçün proqram təminatları təqdim edəcək. Proqramların alınması 1 milyon 33.9 min manata (608.2 min ABŞ dolları) başa gələcək.

Qubanın kəndində yaradılmış şirkət "Azərişıq"dan 19 milyon manatlıq sifariş aldı
Qubanın kəndində yaradılmış şirkət "Azərişıq"dan 19 milyon manatlıq sifariş aldı



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu