Neft, qızıl və avro bahalaşdı, dollar ucuzlaşdı


Bu gün mayın 21-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 22-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01% ucuzlaşaraq 1,0485 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0026 manat və ya 0,22% bahalaşaraq 1,1688 manat olub.

Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə isə London birjasında dünən keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 3,07% və ya 2,01 dollar artaraq 67,36 dollar olub.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 2,40 dollar artaraq 1 206,50 dollara, gümüş isə 17,13 dollara satılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu