Dünyanın ən zəngin insanları bir gündə xeyli zərərə düşdülər


Dünyanın ən zəngin insanları bir gündə xeyli zərərə düşdülər


Beynəlxalq birjalarda neftin qiymətinin kəskin ucuzlaşması ilə dünyanın ən zəngin 500 insanı bir gündə 238,5 milyard ABŞ dolları itirib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, 2020-ci il ərzində analoji biznesmenlərin ümumi itkisi 500 milyard ABŞ dollarına çatıb.

Məlumata görə, meksikalı iş adamı Karlos Slim bir gündə 6,01 milyard ABŞ dolları, dünyanın ən zəngin insanı “Amazon”un icraçı direktoru Jeff Bezos 5,6 milyard ABŞ dolları, lüks mallar nəhəngi “LVMH” İdarə Heyətinin sədri (CEO) Bernard Arnault isə 4,36 milyard ABŞ dolları zərərə düşüb.

Qeyd edək ki, dünən Avropa birjalarında 6-12% həddində, ABŞ birjaları isə 7% həddində azalma qeydə alınıb. Bundan başqa, hesabat dövründə 500 ən zəngin insandan yalnız 17-si gəlirini artırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu