OPEC Texniki komitənin iclasını ləğv etdi


OPEC Texniki komitənin iclasını ləğv etdi



OPEC+in Texniki komitəsinin (JTC) martın 18-nə planlaşdırılan vebinar rejimli iclası ləğv edilib.

“Report” xəbər verir ki, bu barədə TASS-a nümayəndə heyətlərindən birindəki mənbə bildirib.

Bundan öncə Səudiyyə Ərəbistanı iclasda iştirak etməkdən imtina etmişdi.

OPEC+ ölkələrinin martın 6-da keçirilən iclasında Rusiya və Səudiyyə Ərəbistanının hasilatın azaldılmasının martdan sonra da davam etdirilməsi ilə bağlı məsələdə uğursuz danışıqlarından sonra OPEC Texniki Komitənin görüşünün keçirilməsinin zəruriliyinə şübhə edirdi. Ancaq sonradan Rusiya və Qazaxıstan OPEC+ əməkdaşlıq xartiyasının qüvvədə olduğunu əsas gətirərək texniki məsləhətləşmələrə ehtiyac olduğunu bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu