Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb


Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb


Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 990 milyon ABŞ dolları, yaxud 0,9% azalaraq 106,835 milyard ABŞ dolları təşkil edib.

Bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 31,695 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1,284 milyard ABŞ dolları, yaxud 4,2% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 2,274 milyard ABŞ dolları, yaxud 2,9% azalaraq 75,14 milyard ABŞ dolları təşkil edib.//"Report"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu