Qızıl bazarında vəziyyət necədir? - ŞƏRH


Qızıl bazarında vəziyyət necədir? -


"Qızıl bazarında qiymətlər ucuzlaşacaq”.



AFN xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O, qeyd edib ki, son günlər qızıl bazarında qiymətlərin enməsini müşahidə edilir:

"İki gün ərzində dünya bazarında qızılın qiyməti 200 dollar aşağı enib. Bunun səbəblərindən biri dünyada yatırımçıların nağd pula üstünlük verməsidir. Əllərində olan istəlinən aktivləri sataraq nağləşdirməyi düşünürlər. Açığı bu Azərbaycana bir az dolayı təsir edir. Biz dünya bazarından bir az kənarda qalan ölkəyik, birbaşa əlaqələrimiz yoxdur. Dünya bazarındakı qiymətlər Azərbaycana dolayı yolla təsir göstərir. Amma düşünürəm ki, qızıl bazarında qiymətlər ucuzlaşacaq”.

Natiq Cəfərli bildirib ki, əgər dünya bazarında qiymətlər ensə, bu Azərbaycana da təsirsiz ötüşməyəcək:

"Bunun da ən başlıca səbəbi insanlarda alıcılıq qabiliyyətinin aşağı enməsidir. İnsanlar risk edib bahalı yatırımlara pul vermək istəmir. Böhranlı vəziyyətdə hamı pulu nağd şəklində saxlamağa üstünlük verir. Alıcıların azalması da qızılın qiymətinin aşağı düşməsinə təsir edən faktordur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu