Avropada avtomobil istehsalı dayandı


Avropada avtomobil istehsalı dayandı


Avropanın avtomobil nəhəngləri koronavirus təhlükəsinə görə istehsalı dayandırmaq qərarına gəliblər.



AFN "İnterfaks"a istinadən xəbər verir ki, Fransanın "Peugeot", "Citroen", DS, "Vauxhall" və "Opel" markalı avtomobillər istehsal edən "PSA Group" şirkəti Avropada yerləşən bütün istehsal müəsisələrində işi martın 27-dək dayandırdığını elan edib. Qərar Fransa, İspaniya, Böyük Britaniya, Polşa, Portuqaliya və Slovakiyadakı bütün müəssisələrə şamiş olunur.
"Fiat Chrysler" isə 6-sı İtaliyada yerləşən 8 zavodunun hamısında işi 2 həftəliyinə tam dayandırır. "Renault S.A." İspaniyadakı fəaliyyətini ölkədə fövqəladə vəziyyət başa çatanadək dayandırır. Fransanın şin istehsalçısı olan "Michelin" bu gündən İtaliya, İspaniya və Fransadakı müəssisələrində işin dayandığını elan edib.
Almaniyanın "Volkswagen" konserni həftəsonundan etibarən Avropadakı işinə fasilə verir. Lakin konsernin Çindəki 33 müəssisəsindən 31-də fəaliyyət tam bərpa olunub. Şirkətin "Lamborghini" və "Bugatti" istehsal edən İtaliyadakı zavodları isə ötən həftədən istehsalı dayandırıblar.

AFN-in İqtisadiyyat şöbəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu