3 milyonadək sahibkar fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşib


3 milyonadək sahibkar fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşib


Koronavirus pandemiyası ilə bağlı vəziyyət belə davam edərsə, Rusiyada 3 milyon sahibkar fəaliyyətini dayandırmalı olacaq. AFN.az xəbər verir ki, bu barədə RBK telekanalına Rusiya Ticarət-Sənaye Palatasının viste-prezidenti Yelena Dıbova danışıb.



Onun sözlərinə görə, nəticədə 8,6 milyon nəfər iş yerini itirə bilər: “Biz hazırda çox böyük bir rəqəmdən danışıra – indiki ağır iqtisadi proseslər davam edərsə, 3 milyonadək sahibkar faəliyyətini tamamilə dayandırmalı olacaq. Hazırda əsas odur ki, biz biznesimizin heç olmasa əsas hissəsini qoruyub saxlaya bilək”.
Y.Dıbovanın sözlərinə görə, Rusiyadakı kiçik və orta sahibkarların mühüm əksəriyyəti ticarət mərkəzləri və bazarlarda icarə götürdükləri yerlərdə fəaliyyət göstərirlər: “Buna görə də bütün regionlarda bir nömrəli problem icarə haqqıdır”.
Palata vitse-prezidenti onu da qeyd edib ki, əksər sahibkarlar güzəştli proqram çərçivəsində kreditlər götürüblər və indi onlar həmin kreditləri ödəmək imkanlarını itirmək təhlükəsi ilə üzləşiblər.

AFN-in İqtisadiyyat şöbəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu