İqtisadi tənəzzül neft gəlirlərimizə necə təsir edir? – Neft Fondundan açıqlama


İqtisadi tənəzzül neft gəlirlərimizə necə təsir edir? –


Dünya iqtisadiyyatında koronavirs pandemiyası səbəbilə yaranmış böhran Azərbaycan Dövlət Neft Fondunun(ARDNF) portfelinə təsirsiz ötüşmür.



Fonddan AFN-ə verilən məlumata görə, hazırda ARDNF-nin investisiya portfelinin 80 faizindən çoxu yüksək likvid və daha az qiymət dəyişkənliyi ilə xarakterizə olunan sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarətdir: “Məlum olduğu kimi, bu aktivlər böhran dövrlərində daha etibarlı alətlər hesab olunurlar. Bir daha qeyd edirik ki, beynəlxalq maliyyə bazarları dünya iqtisadiyyatının güzgüsüdür. Əgər bu gün bütün dünyada insanlar daha az məhsul və xidmətlər istehlak edirlərsə, şirkətlər bunun müqabilində öz istehsal imkanlarından daha az istifadə edirlərsə, bu o deməkdir ki, onların gəlirləri azalır və nəticə etibarilə də bu onların birjada kotirovka olunan səhmlərinin qiymətinə təsir edir. Həmin səhmlər də bu gün demək olar ki, bütün institusional investorların portfellərinin tərkib hissəsidir”.
Fonddan o da qeyd olunur ki, digər suveren fondlar kimi ARDNF-nin də investisiya portfelində bu dalğalanmalar qısamüddətli qiymət dəyişkənliyindən yaranan realizə edilməmiş müvəqqəti zərər kimi öz əksini tapacaq və ictimaiyyətə çatdırılacaq.

AFN-in İqtisadiyyat şöbəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu