Tək kriteriya onların Azərbaycan vətəndaşı olmasıdır - Ekspertdən təklif


Tək kriteriya onların Azərbaycan vətəndaşı olmasıdır -


"Azərbaycanda uşaqlı ailələrərə yardım verilməlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, dövlət bu çətin vəziyyətdə uşaqlı ailələrə dəstək olmalıdır:

"Çox çətin vəziyyətdir. Müraciət elədilər ki, insanlar issizliklə bağlı qeydiyata dursunlar, saytlar çökdü. Qeydiyyatı da qura bilmədilər. Belə qəliz qərarlar verməkədənsə daha sadə, hər bir vətəndaşa toxunan, təsir göstərə biləcək qərarlar olmalı idi. Bütün Azərbaycan vətəndaşları, büdcə təşkilatlarından maliyyələşən 917 min insan və 1 milyon 300 min təqaüdcünü çıxmaqla yerdə qalan bütün vətəndaşlara, əsasaən də uşaqlı ailələrə yardımla bağlı qərar verilməlidir. Onlar maaşlarını onsuz da alırlar. Burda yeganə kriteriya onların Azərbaycan vətəndaşı olmasıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu