Azərbaycan Türkiyəyə qaz ixracını 23% artırıb


 Azərbaycan Türkiyəyə qaz ixracını 23% artırıb


Bu ilin I rübündə Azərbaycanın xaricə qaz satışı 3,57 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6% çoxdur.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

I rübdə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə 23% çox, yəni 2,6 mlrd. kubmetr qaz ixrac edilib.

TANAP ilə Türkiyəyə rüb ərzində 941 mln. kubmetr qaz olunub. İstismara veriləndən indiyə kimi TANAP-la Türkiyəyə 5 mlrd. kubmetrdə yaxın qaz nəql edilib.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu