Yardım alanların siyahısı açıqlanmalıdır - ekspertdən təkliflər


Yardım alanların siyahısı açıqlanmalıdır -


"Hökumətin vətəndaşlara və biznesə yardımları qısamüddətli dəstəkdir. Biznes birdəfəlik yardım aldı, işsizlər və əmək müqaviləsilə çalışanlar üçün 2 aylıq dəstək fondu açıqlandı. Səhv eləmirəmsə, yalnız yoxsulluq müavinəti alanlar üçün proqram ara vermədən 6 ay davam edəcək. Görünən odur ki, 2009 və 2015 böhranlarınən nəticələrini analiz edən hökumət bu dəfə də iqtisadiyyatda dərin çaxlxalanmaların qısa müddətli (maksimum 3-5 ay) olub, sonradan tədricən dirçəlmə müşahidə ediləcəyini təxmin edib".



AFN xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev deyib. Onun sözlərinə görə, real baş verənlər artıq göstərir ki, qlobal iqtisadiyyatda enmə və durğunluq daha uzun müddət davam edəcək: "Ən azından ilin sonuna qədər qeyri-müəyyənlik və iqtisadi sarsıntılar davam edə bilər.
Ona görə hökumətin daha uzun müddətə yeni bir iqtisadi dəstək planı açıqlaması lazımdır. Hətta mayın 4-də karantin yumşadılsa belə, qlobal iqtisadi əlaqələr və neft bazarında durum sabitləşməyənə qədər Azərbaycan üçün ciddi narahatlıqlar qalacaq".
Hökumət nə edə bilər bu planı hazırlayarkən? Ekspert bildirib ki, ölkədə elmi müəssisə və müstəqil "beyin mərkəzləri"ndən ibarət müətəxəssislərin də cəlb edildiyi qrup yaxın və orta və uzaq dövr üçün gözləntiləri əks ətdirən bir sənəd hazırlamalıdır: "Bu prosesə qtisadçılarla yanaşı, həkimlərin də cəlbi çox önəmlidir. Bu sənəddəki gözləntilər üzərinə hökumətin dəstək planı dizayn edilməlidir. Yardımlarla bağlı şəffaflıq artırılmalıdır. Təkcə dövlət büdcəsindən ayırlan vəsaitlərin hara getməsi barədə məlumat açıqlanmamalıdır. Həm də Mərkəzi Bankın bank sektiruna dəstəyi çox detallı və operativ ictimaiyyətə çatdırılmalıdır. Yeri gəlmişkən, Mərkəzi Bank aylıq bank statistikasını indiki kimi 45 gün sonra yox, maksimum 15 gün ərzində açıqlamalıdır. Tədiyə balansında Türkiyə təcrübəsində olduğu kimi, aylıq satatisitka yayımına keçməlidir. Ölkənin beynəlxalq investisiya mövqeyi barədə rüblük məlumatlar açıqlanmalıdır.
Nəhayət, dövlət zəmanətilə ayrılacaq kreditlər barədə şəffaf siyahılar olmalıdır.
Ən vacibi dövlətdən yardım alan, pandemiya ilə bağlı yardım alan işsiz və yoxsulların siyahısı cəmiyyətə tam açıq olmalıdır. Buna da deyirlər şəffaflıq və ünvanlılığın ictimaiyyətin gücü ilə təmin edilməsi".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu