ABŞ neft şirkətlərinə kömək üçün müxtəlif yollar axtarır


ABŞ neft şirkətlərinə kömək üçün müxtəlif yollar axtarır


ABŞ-ın Maliyyə Nazirliyi bazarda tələbin azalması və "qaraqızıl"a olan qiymətlərin kəskin enməsi fonunda çətin vəziyyətə düşən neft şirkətlərinə kömək üçün müxtəlif yollar axtarır.

"APA-Eoconomics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin bildirib.

Onun sözlərinə görə, digər tədbirlər arasında bu sahədə çalışan şirkətlərə kredit vermə variantı işlənilir, lakin hələlik bir qərar verilməyib.

“Biz bir çox başqa variantları öyrənirik, lakin hələ də son nəticəyə gələ bilməmişik ", - S. Mnuçin vurğulayıb.

Nazir qeyd etdi ki, bu, bu tədbirlər ilk növbədə qeyri-investisiya reytinqinə sahib olan şirkətlərə aiddir, çünki onlar açıq bazarda yer ala bilmirlər, ona görə ki, hazırda bu çox baha başa gəlir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu