Kredit güzəştlərində dövlətdən dəstək alanlara üstünlük verilməli idi - ekspert


Kredit güzəştlərində dövlətdən dəstək alanlara üstünlük verilməli idi -


Mərkəzi Bankın kredit dəstəyilə bağlı açıqladığı tövsiyyələrdən belə görünür ki, vətəndaşlar üçün yalnız dövlət xəttilə ayrılmış ipoteka kreditlərinı restrukturizasiya məsləhət görülür. Banklar bu kreditlərin müştərilərilə öz aralarında faiz dərəcəsinin, əsas məbləğin və ya ona hesablanmış faizlərin azaldılması, kreditin ödəniş müddətinin uzadılması, yaxud yeni güzəşt müddətinin verilməsi barədə razılığa gələ bilər. Bu formalardan hansının seçilməsi tərəflər arasında razılaşmadan asılı olacaq.



AFN xəbər verir ki, bunu məsələni şərh edərkən iqtisadçı ekspert Rövşən Ağayev deyib. Prosesin digər maraqlı tərəflərinə toxunan ekspert bildirib ki, bu güzəşt yalnız 1 mart tarixinə ödəniş müddəti 30 gündən çox gecikdirilməyən kreditlərə aid ediləcək: "Əhaliyə münasibətdə söhbət təxminən 1.1 mlrd. manatlıq kredit dövriyyəsindən gedir. Ev təsərrüfatlarının ümumi kreditlərinin həcmi 1 mart tarixinə təxminən 6.9 mlrd. manat olub. Yəni tövsiyyə edilən güzəşt bütün kredit borclarının 16%-dir.
Amma bu dəstəyin əhatə dairəsini ən azından Tədbirlər Planı çərçivəsində hökumətdən maaş formasında dəstək alan 300 min muzdlu işçilərə, işsizlk müavinəti alacaq 600 min işsiz şəxslərə də şamil etmək olardı. Necə ki, dövlət maddi yardım alanda 22 elektron mənbədən məlumat toplamaqla insanların maşınlarının say və markasına, mənzillərinin sayına əsasən maddi vəziyyətini təyin edə bilirsə, kredit güzəştində də münasibətdə bunu edə bilərdi.
Biznes kreditlərə də münasibətdə oxşar yanaşma olacaq - yalnız 1 mart tarixinə ödəmə müddəti 30 gündən çox gecikdirilməmiş kreditlərə görə restrukturizasiya aparıla billər. Eyni zamanda, bu güzəştdən yalnız Tədbirlər Planı çərçivəsində pandemiyadan zərər çəkimiş sahələrin siyahısında olan sektorları təmsil edən sahibkarlar bəhrələnə biləcək. Borcları restrukturizasiya edilmiş biznes subyektlərin faizlərinin 10%-lik hissəsi büdcədən ödənəcək.
Mərkəzi Bankın açıqlamasında biznes kreditlərin restrukturizasiyası proqramının əhatə dairəsinə düşəcək sahibkarlıq subyektlərinin potensial sayı və ümumi kredit dövriyyəsinin həcmi barədə heç bir məlumat verilmir. Yalnız qeyd edilir ki, dövlət fondları vasitəsilə kredit almış 10 min sahibkarın 1 mlrd. manatlıq kredit borcu restrukturizasiya olunacaq.
Biznes kreditlərlə bağlı bir neçə məqamı deyim. Restrukturizasiya tövsiyə xarakterlidir. Məsələn, böhran olmadığı dövrdə belə özünü ayaqda güclə saxlayan, yığımı olmayan, hazırda isə fəaliyyəti 100% dayanan, bu səbəbdən ödəmə qabiliyyətini də tam itirən xırda biznesə ən əlveriişli restrukturizasiya proqramındansa 6 aylıq, 1 illik kredit tətilinin verilməsi daha məqsədəuyğun olardı. Şübhəsiz, bunun üçün gərək bank sektoru üçün hökumətin birbaşa dəstəyi nəzərdə tutulsun.
Tədbirlər Planında aqrar sektor pandemiyadan zərər çəkmiş sektor kimi tanınmasa da, ixrac imkanlarının məhdudlaşdırılması, eləcə də turizm və ictimai iaşə sektorunun tam fəaliyyətsiz qalmasının aqrar sektora təsirsiz qalması mümkün deyil. Çünki bu sektorların fermerlərin məhsul dövriyyəsində əhəmiyyətli payı var. Ona görə fermerlərin götürdüy kreditlərə mütləq güzəştlər olmalıdır. Fermerlərin gəlirləri baxımından məbləği də az deyil - təxminən 476 mln. manat.
Yalnız qənaətbəxş (ödəmə müddətində gecikmə 30 günü keçməyən) kreditləri, eləcə də ipoteka və pandemiyanın risk zonasına düşən kreditləri əhatə edəcək bu dəstək proqramının istər biznesin ayaqda saxlanması, istərsə də bank sektorunun aktivlərinin keyfiyyətinin pisləşməsinin qarşısını almaq baxımından nə qədər effektiv olacağını çox yaxın zamanda görə biləcəyik".
R.Ağayev qeyd edib ki, bir çox həmkarlarından fərqli olaraq hökumətin faizsiz, uzunmüddətli borc üçün bank sektoruna dəstəyinə pozitiv yanaşmır. "Hazırkı rəqbətsiz iqtisadi və institusioanal mühitdə biznesi inkişafdan saxlayan manelər içərisindən kredit məsələsinin ilk 3-lükdə olduğuna əmin deyiləm" deyən ekspert bildirib ki, əgər bir ölkədəki banklar resuslarının ən yaxşı halda 40-45%-nin kreditə çevirə bilir. Kimsə deməsi ki, faizlər yüksəkdir, ona görə götürmək istəyən də azdır: "Hətta büdcə dəstəyi hesabına 0 faizli kredit xətləri açılsa belə, nəticənin çox dəyişəcəyinə əmin deyiləm.. Demirəm kredit artmayacaq - ucuz kreditə maraq çox ola bilər. Nəticə deyəndə başqa göstəricini nəzərdə tuturam - pul multiplikatorunun səviyyəsi dəyişməyəcək. Çünki maliyyə resuslarının iqtisadiyyatda yüksək əlavə dəyər yaradıb, bu əlavə dəyərin də mühüm bir hissəsinin yeni yaradılmış maliyyə formasında bank sektoruna qayıtmasını nəzərdə tuturam.
Bizdə pul forması almış yeni ən pis variantda dollara çevrilərək ya ölkədən qaçır - Türkiyədə, Gürcüstanda sərmayəyə çevrilmək üçün.
Ən yaxşı variantda dollara çevrilərək dəbdəbəli maşına və mülkə çevrilir..."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu