Dörd banka müvəqqəti inzibatçı təyin edildi: AFN-in yazdıqları təsdiqlənir


Dörd banka müvəqqəti inzibatçı təyin edildi:


Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin bu gün qəbul etdiyi qərarla “Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank” ASC-lərə müvəqqəti inzibatçılar təyin olunub.

AFN bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

Bu məsələ ilə bağlı əlavə məlumat təqdim olunacaq.

AFN "Atabank", "NBC Bank" və "AmrahBank"ın durumunda problemlər olması haqda əvvəllər də yazıb. Hər üç bankda ciddi maliyyə çətinlikləri yaşanması ilə bağlı müştərilərin dedikləri əsasında yazılanlar axır ki, rəsmən təsdiqlənir. Adları qeyd edilən qurumlardakı hesabların geri çəkilməsi, əmanətçilərin öz vəsaitlərini ala bilməməsi, bankların kredit məhsullarının ciddi azalması vəziyyətin heç də ürəkaçan olmadığını deyirdi və bu gün açıqlanan qərar bunun doğru olduğunu bir daha sübut etdi. Çox güman ki, dörd bankdan hansılarsa tam bağlanacaq, sağlamlaşdırılması mümkün olanları isə ayaqda saxlamağa çalışacaqlar.
Mövzu ilə bağlı ekspert şərhini yaxın dəqiqələrdə saytımızda oxuya biləcəksiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu