"İqtisadiyyatı açmalı, yoxsa pandemiyanı nəzarətdə saxlamalı?" - İqtisadçı alim


"İqtisadiyyatı açmalı, yoxsa pandemiyanı nəzarətdə saxlamalı?" -


"Bu gün dunya dilemma qarşısında qalıb".

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, dünya ölkələrini maraqlandıran bir məsələ var - iqtisadiyyatı açmalı, yoxsa pandemiyanı nəzarətdə saxlamalı:

"Azərbaycan da bu gündən daha da yumşaldılan karantin rejimi ilə bu sualın cavabın verib. Bu gündən bir çox sahələrdə iqtisadi və ticari fəaliyyətlər yenidən bərpa olunur. Verilən məlumatlara inansaq, Azərbaycanda aprelin 27-dən indiyə qədər 287 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 302 nəfər müalicə olunaraq evə buraxılıb. Göründüyü kimi, karantin rejiminin yumşaldılmasının birinci mərhələsində koronavirus infeksiyasına yoluxanlarla müqayisədə sağalanlar 15 nəfər çoxdur. Dinamika müsbətdir, amma kövrəkdir. Belə ki, bu 2 göstərici arasında 5 faiz fərq var. Bu isə mayın 4-dən qüvvəyə minən qərarın risk dərəcəsinin yüksək olmasından xəbər verir. İnanmaq istərdim ki, bu məsuliyyəti üzərinə götürənlər maddi maraqlardan çıxış etməyiblər, xalqın sağlamlığını və təhlükəsizliyini önə çəkiblər. Çünki iqtisadiyyat da insan üçün yaradılmış və ona da xidmət etdiyi kimi, bütün qərarlar da birmənalı şəkildə insanlar üçün olmalıdır. Bütün bunların baş verməsi üçün pandemiya nəzarətə götürülməli və idarə olunan səviyyəyə çatdırılmalıdır".

Qubad İbadoğlu qeyd edib ki, Azərbaycanda da öndə insanlar, onların sağlamlığı və təhlükəsizliyi olmalıdır:

"İnanmağım gəlmir, ona görə ki, koronavirusa yoluxanların sağalma faizi dünya üzrə 32,3 faiz, Rusiyada 12,3 faiz, ABŞ-da 15 faiz, Gürcüstanda 37,8 faiz, Türkiyədə 50 faiz, İsraildə 51,3 faiz olduğu halda Azərbaycanda 74,5 faiz təşkil edir. Bu göstərici üzrə Azərbaycan Çin, Almaniya və Cənubi Koreyadan geridə qalır. Təki elə olsun".





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu