"Turan Bank"da pullarınız bata bilər - SIĞORTALANMIR


"Turan Bank"da pullarınız bata bilər -


"Kommersant.az" vəbər verir ki, maliyyə bazarında baş verən prosseslər əmanətçiləri iki dəfə düşünməyə vadar edib. Belə ki, əhali digər banklarda olan əmanətlərini də nəzarətdə saxlayır və hətta bu qorxu ilə əmanətlərini geri götürürlər.



Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyyətinin sədri Elman Rüstəmov isə çıxışı zamanı fikrincə iş adamları hansı bankı seçməmiş müqayisə etməlidir, analiz etməlidir və riskləri görməlidir.

"Kommersant.az" bazarda əmanətləri riskli şəkildə qotuyan bankı sizlərə təqdim edir:

"Turan Bank" da yerləşdirilən əmanətlər qətiyyən sığortalanmır

Əmanətlərin Sığortalanması Fondu (ADİF) milli valyutada 10%-lə banklarda yerləşdirilən manat əmanətlərini sığortalayır. Amma "TuranBank"da 36 aylıq yerləşdirilən manat əmanətlərinin faizləri hər rüb 10.20%, 6aydan bir 10.30%, ildə bir dəfə 10.40%, faizi müddət sonu əldə olunsa 10.5%-lə əmanət qəbul olunur. Bu hallarda isə sizin pullarınız birmənalı olaraq risklə üz-üzə qalır. Çünki pulunuz hər an bata bilər.

Belə ki, ADİF xarici valyutada 2,5%-lə banklara yerləşdirilən əmanətləri sığortalayır. Sözügedən bank isə ən azı 100 dollar olmaqla banka 36 ay müddətində yerləşdirilən əmanətin faizlərini hər rüb əldə edərsə 3,1%, 6 aydan bir 3,15%, ildə bir dəfə 3,2%, faizi müddət sonu əldə edərsə isə 3,25% -lə əmanət rəsmiləşdirilir. Bu isə ADİF tərəfindən sığortalanmayan əmanətlər sinfinə aiddir.

Qeyd edək ki, bu faizlər xəzinə əmanət növünə aiddir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu