Selçuk Akat: “Azərbaycan BTQ dəmir yolu hesabına Avropanın tədarük zəncirinə qoşula bilər”


Selçuk Akat:


“Türkiyə və Azərbaycan arasındakı ikitərəfli ticarət əlaqələrində, ikitərəfli investisiya əməkdaşlığı strateji əhəmiyyət daşıyır. Koronavirus pandemiyasından sonra, yaranacaq imkanlardan istifadə edərək güclərimizi birləşdirərək yeni sinerji yaratmalıyıq”.

AFN xəbər verir ki, bunu Anadolu Agentliyinə müsahibəsində Xarici İqtisadi Münasibətlər Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının başçısı Selçuk Akat bildirib.

O qeyd edib ki, pandemiya dövründə gediş-gəlişlərin məhdudlaşdırılmasına baxmayaraq, iki ölkə arasında qarşılıqlı əlaqələrin dayanmadığı, əksinə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daha da güclənib: “Bu da Türkiyə və Azərbaycanın birgə strateji investisiya layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyatının zəruriliyini bir daha ortaya çıxarıb.

Bu yaxınlarda Türkiyənin ixrac mallarını Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistana daşıyan 82 konteynerdən ibarət 940 metrlik qatar Qarsdan yola çıxmışdı. Beləliklə, quru yollarının bağlanması fonunda Azərbaycan və Türkiyə ixracatçıları üçün vacib tranzit yoluna çevrilib”.

Pandemiya dövründə iki ölkə arasındakı ticarət əlaqələrinin dayanmadığını ifadə edən S.Akat qeyd edib ki: “Bu ilin I rübündə Türkiyənin Azərbaycana ixracı 15,3% artaraq 566 milyard ABŞ dollarına yüksəlib. Bu dövrdə Azərbaycana əsasən maska istehsalı üçün avadanlıq, parça və respirator göndərilib. Bu da iki ölkə arasında qardaşlıq münasibətlərinin nə qədər zəruri olduğunu və hər böhranda gücləndiyini bir daha göstərdi”.

“İki ölkə arasında ticarət əlaqələri ilə yanaşı, investisiyalarda strateji vəziyyətə gəlib. Hazırda 2 467 Azerbaycan şirkəti Türkiyəyə 6,9 milyard ABŞ dolları məbləğində investisiya, 3 400 türk şirkəti isə Azərbaycana 6,6 milyard ABŞ dolları məbləğində investisiya yatırıb”, - o bildirib.

Azərbaycan müstəqillik əldə etməsindən sonrakı dövrdə, Türkiyə və Azərbaycan Gürcüstanla birlikdə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP, STAR neft emalı zavodu kimi strateji layihələr həyata keçirdiyini bildirən S.Akat bildirib ki, iki dövlət, bir millət tək iqtisadiyyata çevrilib: "İki ölkə arasındakı əlaqələrimizi gücləndirəcək yeni strateji bir layihə gündəmə gətirməliyik. Təklifim yaşadığımız pandemiyadan sonra, xüsusilə Avropada qlobal tədarük zəncirləri ilə əlaqəli iki anlayış irəli çıxır; Reshoring (Yenidənqurma” və Nearshoring (Yaxınlaşma) ... Yəni Avropa iqtisadiyyatları, tədarüklərini Avropa daxilindən və ya Avropaya yaxın ərazilərdən etmək istəyir.

Xəzər və Aralıq dənizini bir-birinə bağlayan BTQ Azərbaycanı Türkiyə üzərindən Avropaya daha yaxın edib. Beləliklə, dəmir yolu xəttindən istifadə edərək Azərbaycanı Avropanın tədarük zəncirinə əlavə etmək üçün işləyə bilərik. Azərbaycan "Made in Azerbaijan" proqramı və 7 fərqli xüsusi sənaye və texnoparklarındakı istehsal imkanları ilə yeni iqtisadi inkişaf imkanları əldə edə bilər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu