Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il üzrə illik hesabatı hazırlanıb


Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il üzrə illik hesabatı hazırlanıb


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2019-cu il üzrə fəaliyyətini, “Praysvoterhauskupers Audit Azərbaycan” şirkəti tərəfindən maliyyə fəaliyyətinin auditinin nəticələrini özündə əks etdirən illik hesabatı hazırlanıb.



ARDNF-nin 2019-cu il üzrə illik hesabatında Fondun idarəetmə və şəffaflıq prinsipləri, ARDNF-nin ölkə iqtisadiyyatındakı rolu, 2019-cu il büdcəsinin icrası, habelə, investisiya strategiyasının mahiyyəti, investisiya portfelinin ümumi vəziyyəti və gəlirliliyi barədə məlumatlar, risklərin idarə edilməsi çərçivəsi, eləcə də Suveren Fondlar üçün Ümumi Qayda və Prinsiplərin (Santyaqo Prinsiplərinin) icrası üzrə qiymətləndirmə və ARDNF-nin konsolidasiya edilmiş maliyyə hesabatları öz əksini tapıb.

2019-cu il eyni zamanda ARDNF-nin yaradılmasının 20 illiyinə təsadüf etmiş və hesabatın dizayn konsepsiyası da məhz bu yubiley tarixinə həsr olunmuşdur. Bu çərçivədə illik hesabata 1999-cu ildə ümummilli lider Heydər Əliyevin qərarı və Prezident İlham Əliyevin təşəbbüsü nəticəsində yaradılmış ARDNF-nin 20 illik tarixində baş verən ən mühüm hadisələr, Fond tərəfindən maliyyələşdirilən və ölkənin sosial-iqtisadi inkişafına xidmət edən layihələr, investisiya fəaliyyəti və investisiya portfelinin inkişaf istiqamətləri və eləcə də 2019-cu il ərzində 20-ci yubiley ili çərçivəsində həyata keçirilən tədbirlərə dair məlumatlar əlavələr şəklində daxil edilib.

Hesabatlarla aşağıdakı linklərdə tanış ola bilərsiniz:

ARDNF-nin 2019-cu il üzrə illik hesabatı: https://www.oilfund.az/report-and-statistics/get-download-file/7_2019_tam.pdf

Maliyyə fəaliyyətinin auditinin nəticələri: https://www.oilfund.az/report-and-statistics/get-download-file/8_2019.pdf



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu