"BNA-nın müraciəti qəbul olunmaya bilər"




"BNA-nın taksilərdə vahid tarif sisteminin tətbiq olunması ilə bağlı Nazirlər Kabinetinə müraciəti qəbul olunmaya bilər”.



Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, ictimaiyyətin gözləntiləri bu istiqamətdədir: "Çünkü yanaşmanın iqtisadi əsası yoxdur, tamamiylə yalnışdır. Azərbaycan iqtisadiyyatının, xüsusi ilə də postpandemiya dövründə liberallaşması zərurətinin nə qədər vacib olması faktı var. Bu baxımdan aidiyyatı qurumlar, o cümlədən Bakı Nəqliyyat Agentliyi məsələyə yenidən soyuq başla yanaşacaq və qiymətləndirmə aparacaqlar. Bu biznesdə prinsipin pozulması və əhali üçün də əlavə sosial problemə gətirib çıxaran bir gedişdir. Çünki bu gün faktiki qərarın qəbul edilməsi bazarda dövlətin iştirakçılığı payını artırır. Buna ehtiyac yoxdur, əksinə iqtisadiyyatda dövlətsizləşmə getməlidir. Dövlətin iqtisadiyyata bir başa iştirakı yalnız tənzimləmə funksiyası üzərindən həyata keçməlidir”.

Rəşad Həsənov qeyd edib ki, taksilərdə vahid tarifin tətbiq edilərsə, ondan sonra taksi qiymətlərinin hansı səviyyədə olacağını indidən demək olmaz?

"Vahid tarifin tətbiq edilməsi gündəmdədir. Amma hansı tariflərin tətbiq ediləcəyi hələlik ictimailəşdirilməyib. Bu gün 2-3 manata gedəcəyimiz ərazilər fərqlidir. Hazırda bazarda rəqabət var. Buna görə də taksi xidmətlərinin tətbiq etdiyi qiymətər arasında ciddi fərqlər yaranır. Amma birmənalı şəkildə açıqlanan məlumat və rəsmilərin də mövqeyindən bəllidir ki, qiymət artımı istiqamətində tarifin tətbiqi nəzərdə tutulub. Bu qərar qəbul olunsa, qiymətlər artacaq. İzahatlara baxanda görünür ki, aidiyyatı qurumların rəsmiləri xidmətin keyfiyyətini artırmağa çalışdıqlarını və buna görə qiymət artımına qərar verildiyini göstərməyə çalışırlar. Bu onu deməyə əsas verir ki, vahid tarif tətbiq edilərsə, taksi xidmətlərinə əlçatanlıq aşağı düşəcək. Çünki qiymətylər atcaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu